EN RU

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi, “Masdar” ve “NWEPDI” şirkətlərinin birgə təşkilatçılığı ilə “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda təlim keçirilib.

Bunu da oxuyun

Bu barədə Elchi.az-a nazirlikdən məlumat verilib.

Təlimin keçirilməsində məqsəd mümkün qəzalar zamanı xilasetmə işlərinin təşkili və aparılması üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi və şirkətlərin personalının fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirilməsi olub.

Təlim zamanı tikinti ərazisində baş vermiş şərti çökmənin nəticələri Muğan Regional Mərkəzinin xilasediciləri tərəfindən operativ qaydada aradan qaldırılaraq “zərərçəkmişlər” xüsusi xilasetmə vasitələri ilə “xilas edilib”, onlara “ilkin yardım” göstərildikdən sonra aidiyyəti üzrə təhvil veriliblər.

Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Bənzər yazılar

Next Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com