Dünyanın ən varlı insanlarından biri olan İlon Mask, Neuralink şirkətinin indiyə qədər 21 nəfərin beyninə çip yerləşdirdiyini açıqladı. Şirkət təxminən iki ildir davam edən testlərdə həyəcanverici nəticələrin əldə edildiyini açıqladı.
Elchi.az xəbər verir ki, Neuralink insan beyni üzərindəki işlərini genişləndirməyə davam edərkən, beyin implantasiyası təcrübələri üçün layihəyə 21 könüllü daxil edildiyi bildirildi. Bu könüllülərin hamısının beyninə çip yerləşdirildiyi bildirildi.
Şirkətin açıqlamasında təcrübələrdə əhəmiyyətli irəliləyişlər əldə edildiyi vurğulandı və sınaq prosesinin iki il keçdiyi xatırladıldı. İlon Mask 2024-cü ilin yanvar ayında ictimaiyyətə ilk insan subyektinin beyninə çip yerləşdirildiyini açıqlamışdı.
Neuralink-in “Telepatiya” adlı çipi iflic olmuş şəxslərə kompüter və telefon kimi cihazlardan yalnız düşüncə gücü ilə istifadə etməyə imkan verir.
Şayəstə





















