Ukrayna Prezidenti Volodymyr Zelenski ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli danışıqların 1 fevralda bərpa olunacağını açıqladı.
Elchi.az xəbər verir ki, Ukrayna Prezidenti Volodymyr Zelenski ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli danışıqların 1 fevralda bərpa olunacağını açıqladı.
Ukrayna Prezidenti Volodymyr Zelenski sosial media hesabında paylaşdığı video mesajda Rusiya-Ukrayna müharibəsindəki son hadisələri qiymətləndirdi. Rusiya ordusunun ölkəsinə hava hücumları səbəbindən müxtəlif bölgələrdə enerji problemlərinin davam etdiyini bildirən Zelenski dedi: “Şübhəsiz ki, Kiyev hazırda ən böyük çətinliklərlə üzləşir”.
Müharibəyə son qoymaq üçün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli danışıqların keçirildiyini qeyd edən Zelenski gələcək görüşlərə hazırlaşdıqlarını söylədi. Zelenski danışıqlarda iştirak edən nümayəndə heyətlərinin üçtərəfli danışıqları 1 fevralda bərpa etmək barədə razılığa gəldiyini bildirib və əlavə edib: “Bu görüşü sürətləndirə bilsək, yaxşı olardı. Ukrayna müzakirə edilməli və razılaşdırılmalı olan bütün məsələlərə mümkün qədər hazır olacaq”.
Şayəstə





















