"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Dünya birliyinin var-yoxluğu

23 Aprel 2015 - 13:15
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Çingiz Özgür

Orta məktəbin neçənci sinfində oxuduğum tam yadımda deyil, amma yadımdadır ki, “Kimya” dərsindəydik. Uşaqlar şuluq elədi, sinif bir-birinə qarışdı. Di gəl, həmişəkindən fərqli olaraq, müəllimimiz nəinki əsəbiləşdi, əksinə, yüksək əhval-ruhiyyəylə elan elədi ki, nə qədər istəyirsiz, dağıdın, bu gün kefim o qədər kökdü, heç nə məni hirsləndirə bilməz.

 

Uşaqlar məsələni şəxsiləşdirib, yerbəyerdən replika atmağa başladılar. Müəllimimiz yenə də təmkinini pozmadan izah elədi: “Sizin elə ağlınız o qədərdi. Toydan-nişandan başqa bir şey düşünməyin. Heç bilirsiniz nə olub? BMT qətnamə qəbul edib ki, ermənilər dərhal bizim torpaqlardan çıxmalıdır!”

 

İyirmi ildən artığın söhbətin edirəm. Yuxu kimi xatırlayıram. Sonralar o qətnamələri o qədər eşitdik ki, hətta nömrələrin də əzbərlədik. Bu illər ərzində dövlət başçılarımız daxil, bütün hakimiyyət nümayəndələri çıxışlarında erməniləri bu qətnamələri yerinə yetirməyə çağırdı. İllər keçdi, İctimai Televiziya adlı qurum yarandı, hər dəfə xəbərlərdən öncə o qətnamələri Azərbaycan və ingilis dillərində xatırlatdılar televiziyanın efirində. Sonda…   İTV-nin efirindən gündə bir neçə dəfə deyilən “Dünya birliyi bu haqsızlığa hələ də dözür” cümləsini lağlağıya çevirdik. Ən yaxşı bacardığımız işi elədik. Faciəmizi mırta döndərib, indiki gənclər demiş “temanı öldürdük”.

 

Yenə o illər idi. Portuqaliyanın Lissabon şəhərində sammit keçirildi. Düşmənlərimiz diplomatik yollarla darmadağın edildi. Bir neçə il “Lissabon uğurlarından” danışıldı. Hətta bir icra başçımız vardı, Lissabonu ölkə, sammiti isə şəhər adı bilirdi. Çıxışında demişdi ki, “Lissabonun Sammit şəhərində böyük uğur qazandıq”. O mövzu da getdi, di gəl, bircə qarış torpaq gəlmədi.

 

Sonra bizim taleyimizi, yekə-yekə ölkələrin, hələ yetmişinci illərdə xarici işlər nazirləri səviyyəsində yığışıb yaratdığı ATƏM adlı təşkilata tapşırdılar. İndi gənclər oxuyanda elə biləcək ki, hərf səhvi var. Amma yox, o vaxtlar bu təşkilatın son hərfi hələ ki, “M” idi – “Müşavirə” sözünün baş hərfi. Sonra gördülər bizim işimiz uzundu, üstəgəl yemək-içməklərini, əmək haqlarını da veririk, müşavirəni çevirib təşkilat elədilər. ATƏM döndü oldu ATƏT. Onun da Minsk qrupunu yaratdılar. Üç dənə super dövləti bu qrupa həmsədr edib, hərəsindən bir adam seçdilər, dedilər gedin Azərbaycanın torpaqların qaytarın.

 

Neçə illərdi gəlirlər, monitorinqdən-zaddan edib, kürüdən yeyib, tut arağından içib, nəsə bəyanat verib gedirlər. Di gəl, verdikləri bəyanatlardan bircə kəlmə də kimsənin nə yadındadı, nə də bir qəpiklik xeyri var. Əvəzində, o həmsədrlərlə bağlı yadda qalan ən böyük hadisə, həmsədrlərdən birinin tut arağından o ki var vurduqdan sonra, camaatın gözü qarşısında, çölün ortasında “kiçik ehtiyacını” ödəməyi oldu. Sağ olsun, televiziyalarımızdan hansısa bu kadrları xəbər kimi çəkib efirə də verdi.

 

Bu siyahını nəinki mən, hər birimiz istəsək uzada bilərik. Hər birimizin heç nə olmasa da, 25 illik təcrübəmiz, müşahidələrimiz var. Üstəgəl, tək bizdə yox. Dünyanın harasında mübahisəli, münaqişəli məsələlər varsa, “dünya birliyi” sağ olsun, bu üsullarla həll etməyə çalışır. Hələlik bir şey alınmayıb, amma deyirlər yaxşı olacaq. Sadəcə, bir az vaxt tələb olunur. Bir-iki əsr…

 

İndi gəlin, bir anlığa gözlərimizi yumaq və mövcud “status kvo”nu , heç olmasa öz xəyalımızda dəyişək. Düşünək ki, bütün torpaqlarımız özümüzdədi, üstəlik, tarixi Azərbaycan torpaqlarını da bərpa edə bilmişik. Qoy Kasprşik saqqalından tər axana qədər danışsın. Pan Gi Mun danlasın bizi. BMT qətnamə qəbul eləsin, Amerika 907-ci düzəlişi yenidən bərpa eləsin. Həəə, sonra?

 

Qalib tərəf kimdirsə, şərtləri o diktə edir. Əsrin əvvəlində Türkiyədə baş vermiş hadisələrlə bağlı, yüzlərlə qərar, qətnamə qəbul edilib. Hər ilin elə bu günlərində, aləm bir-birinə qarışır.

 

Amerikanın bir neçə ştatı daxil, onlarla ölkə, hadisəni “soyqırım” olaraq tanıyıb. Ermənilərin Papasından (I Fransiskus), Mama(roza)sına (Kim Kardaşyan) qədər hamısı şivən qaldırıb. Nə dəyişib? Uzağı ildə bir dəfə, qarşılıqlı ittihamlar, hay-küy, vəssalam.

 

Dediyim odur ki, vallah bu beynəlxalq aləmdən-zaddan bir şey çıxmayacaq. Onlar bizə torpaq alıb qaytaran deyil. Təpər özümüzdən olmadıqca, bircə qarış torpaq da geri qayıdan deyil. Dünya birliyindən isə kömək ummağa dəyməz. Əksinə, bizim haqq və ədalət mübarizəmizdə, bu beynəlxalq aləm bizim qarşımızda olmasa, onda mənə nə deyirsiz deyin. Amma eybi yox. İnşallah, biz torpaqlarımızı azad edək, beynəlxalq aləmin məsələsi asandı. Lap istəsən, “Dünya birliyi nazirliyi” yaradıb, Mirşahinlə Aşıq Ədaləti o nazirliyə “həmnazir” təyin etmək olar. Ya da eləcə, Mirşahin Aşıq Ədaləti qonaq çağırar, özünün müəllif verilişinə, ikisi birləşib beynəlxalq aləmin “var və yox” məsələlərini təhlil edərlər.

 

Təki bizdə cəsarət və təpər olsun!

Previous Post

«Cəsarət edib Putin-ə «yox» deyənlər NATO dövlətləridir»

Next Post

Sabah külək əsəcək – HAVA PROQNOZU

Bənzər yazılar

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

28 Oktyabr 2026 - 20:44

"Cığır" MDİD İB-nin QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən elan olunan qrant müsabiqə çərçivəsində qalib olduğu "Maarif Cığırı-Nizami 885" layihəsi çərçivəsində...

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

28 Oktyabr 2026 - 20:37

"Cığır" mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqədə qalibi olduğu “Maarif Cığırı –...

Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

28 Oktyabr 2026 - 20:25

Bakının Sabunçu rayonu ərazisində yerləşən mənzillərin birindən dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə Elchi.az - a...

Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var

Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var

28 Oktyabr 2026 - 20:21

Türkiyənin Çorum şəhərinin Alaca rayonunda iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb. Elchi.az "TRT Haber"ə istinadən xəbər...

Next Post

Sabah külək əsəcək - HAVA PROQNOZU

Sabah külək əsəcək - HAVA PROQNOZU

Son xəbərlər

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

28 Oktyabr 2026 - 20:44
“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

28 Oktyabr 2026 - 20:37
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

28 Oktyabr 2026 - 20:30
Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

28 Oktyabr 2026 - 20:25
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var

Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var

28 Oktyabr 2026 - 20:21
İspaniyada qatar qəzası qurbanlarının sayı 64-ə çatıb

İspaniyada qatar qəzası qurbanlarının sayı 64-ə çatıb

28 Oktyabr 2026 - 18:22
Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar – RƏY

Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar – RƏY

28 Oktyabr 2026 - 18:18
Böyük Britaniyadan Ukraynaya 13,3 milyard dollarlıq dəstək

Böyük Britaniyadan Ukraynaya 13,3 milyard dollarlıq dəstək

28 Oktyabr 2026 - 18:11
“Qarabağ” UEFA Gənclər Liqasında son dəqiqə qolu ilə uduzdu

“Qarabağ” UEFA Gənclər Liqasında son dəqiqə qolu ilə uduzdu

28 Oktyabr 2026 - 17:59
İspaniyadakı dəhşətli qəzaya görə 24 futbol matçı təxirə salındı

İspaniyadakı dəhşətli qəzaya görə 24 futbol matçı təxirə salındı

28 Oktyabr 2026 - 17:47
İran və Rusiya kiçik nüvə reaktorlarının tikintisinə dair saziş hazırlayır

İran və Rusiya kiçik nüvə reaktorlarının tikintisinə dair saziş hazırlayır

28 Oktyabr 2026 - 17:35
Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

28 Oktyabr 2026 - 17:28
Fars körfəzində neft sızması: Şarjada bütün çimərliklər bağlandı

Fars körfəzində neft sızması: Şarjada bütün çimərliklər bağlandı

28 Oktyabr 2026 - 17:16

Praqada Müslüm Maqomayevin xatirəsi poeziya və musiqi ilə anıldı

28 Oktyabr 2026 - 17:09
Niderland aeroportunda İkinci Dünya müharibəsindən qalan sursatlar tapılıb

Niderland aeroportunda İkinci Dünya müharibəsindən qalan sursatlar tapılıb

28 Oktyabr 2026 - 17:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.