Macarıstan hesab edir ki, ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası” təhlükəsizliyin möhkəmlənməsinə və dünyada yeni hərbi münaqişələrin qarşısının alınmasına töhfə verə bilər.
Elchi.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Davosda yeni beynəlxalq təşkilatın yaradılması barədə sənədin imzalanmasından sonra bildirib.
O izah edib ki, Macarıstan “Sülh Şurası”nın təsisçi dövlətləri sırasına qoşulub, çünki ölkəyə “inkişaf və tərəqqinin davamı üçün sülh lazımdır”.
“Müharibə son 15 ildə qurduğumuz hər şeyi təhlükə altına qoyur. Müharibə inflyasiya, sanksiyalar, yüksək enerji qiymətləri və milli iqtisadiyyatın tənəzzülünü gətirir”, – deyə hökumət başçısı “X” sosial şəbəkəsində yazıb.
“Macarıstan geriyə getmək istəmir. Biz irəli getmək istəyirik. Məhz buna görə müharibələrin qarşısının alınmasına və cilovlanmasına, xalqların və ailələrin təhlükəsizliyi və sabitliyinin təmin olunmasına yönələn bütün beynəlxalq təşəbbüsləri dəstəkləyirik”, – deyə Orban vurğulayıb.
O həmçinin bildirib ki, bu mövqeni Qrenlandiya ətrafındakı vəziyyətlə əlaqədar Brüsseldə axşam saatlarında keçirilməsi planlaşdırılan Avropa İttifaqının fövqəladə sammitində də müdafiə edəcək.
Məryəm





















