"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“20 Yanvar xalqımız üçün eyni zamanda böyük qəhrəmanlıq günü idi” – Qüdrət Həsənquliyev

20 Yanvar 2026 - 13:14
in MANŞET
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.

Bunu da oxuyun

“Ukrayna münaqişəsi tezliklə bitəcək” – Tramp

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

Tariximizin qəhrəmanlıq səhifəsi

Həmin müshahibəni təqdim edirik:

-Qüdrət bəy, 20 Yanvar faciəsindən 36 il keçir. Milli Azadlıq Hərəkatının fəal üzvülərindən olmuş bir siyasətçi kimi o gün haqqında fikirlərini öyrənmək istərdik.

– 20 Yanvar xalqımız üçün böyük faciə, eyni zamanda böyük qəhrəmanlıq günü idi. Həmin gün sovet hakimiyyətinin mənəvi baxımdan tam çöküşü oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. O zaman xalqımız təklənmişdi, dünya səsimizi eşitmirdi. Hadisənin səhərisi günü, 21 yanvarda Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü kimi dünyada tanınan Heydər Əliyev böyük vətənpərvərlik və cəsarət nümayiş etdirərək İlham Əliyevlə birlikdə Moskvadakı Azərbaycan nümayəndəliyinə getdi bu qanlı cinayəti pislədi, dünyanın diqqətini dinc insanların qətliamına yönəldə bildi. O Milli Azadlıq Hərəkatına ciddi dəstək verməklə, 1991-ci ilin iyulunda Kommunist Pariyasının sıralarını tərk etməklə, Kommunist partiyasının və Sovet İttifaqının çöküşünə böyük töhfə vermiş oldu. Eyni zamanda həmin vaxt faktiki olaraq lidersiz qalmış xalqımızın önünə çıxan, böyük hörmətlə şəhidlərimizin dəfnini təşkil edən dini lider Şeyxülislam Hacı Allahşükür Paşazədəni böyük ehtiramla xatırlayıram. Xalqımız qarşısında böyük xidmətləri olub həyatını dəyişənlərə Allahdan rəhmət, yaşayanlara uzun və sağlam ömür arzu edirəm.

-Qüdrət bəy, Rza Pəhləvi İran üçün konstitusiyalı monarxiya dövlət quruluşu modelini təklif edib. Bu İran üçün məqbul sayıla bilərmi?

-Hazırda İran üçün ən uyğun variant Böyük Britaniyanın dövlət quruluşu ola bilər. Bu islahatı dini liderin həyata keçirməsi İran üçün ən uğurlu variant olardı. Dini lider Britaniyanın kralı statusunda qalır, ölkə parlamentli respublika modelini qəbul edir ,milili respublikalar formallaşır və İran federativ dövlətə çevrilir. Amma əsas sual budur ki, Xameneyi öz səlahiyyətlərinin məhdudlaşdırılması ilə razılaşarmı? Demokratiyanın olmadığı müsəlman ölkələri üçün demokratiyaya keçidi təmin etmək üçün konstitusiyalı monarxiya dövlət quruluşu ən ideal variantdır. Bu yolla qanlı inqilabları önləmək olar.

-İranda farslardan başqa digər xalqlar ölkədən qovulmuş şahın oğlu Rza Pəhləvini qəbul edəcəkmi?

-Rza Pəhləvi digər xalqların milli hüquqları ilə bağlı heç bir vəd vermir. Məsləhət görülsəydi danışardı. Ona görə də digər xalqların ciddi dəstəyini qazana bilmir. Həm də o digər diktatorun varisidir. Amma o ABŞ-də böyüyüb. Əgər ABŞ İranın demokratikləşməsini istəsə, İranda demokratiya qurmaq olar. Hərçənd bu çoxlu zaman alacaq və çox da asan olmayacaq.

-ABŞ niyə İranın demokratikləşməsini istəməsin ki?

-Çünki bu zaman İranda yaşayan digər xalqların milli hüquqları tanınmalı və İran ən azından federativ ölkəyə çevrilməlidir. Bunu isə gələcəkdə İranın bütövlüyünə təhlükə hesab edirlər. ABŞ-yə isə İran unitar dövlət kimi Türkiyə və türk dövlətlərinə ,ərəb ölkələrinə qarşı qoymaq üçün lazımdır. Sadəcə rejimi dəyişib İranı öz adamının idarə etməsini istəyir. Venesuellada olduğu kimi. Ona görə uzun illərdi İranda milli qüvvələrə siyasi dəstək vermir. Verilsəydi, çoxdan İranda böyük dəyişikliklər baş vermişdi. Həm də demokratik İran qısa bir müddətdə dünyanın güclü ölkələrindən birinə çevrilə bilər. İran onlara inkişaf etmiş sənaye ölkəsi kimi yox, xammal satan və özlərinin sənaye məhsulları üçün bazar kimi lazımdı. Müttəfiq hesab olunan Türkiyənin inkişafına yaradılan maneələri görürsünüz. Bununla yanaşı demokratik ölkələrlə anlaşmaq üçün xalqın iradəsi nəzərə alınmalıdır, amma adı respulika olsa da təkbaşına idarə olunan avtoritar rejimlərdə hər şeyi bir nəfərə qəbul etdirmək çox asan olar, xüsusilə ABŞ-də sığınacaq tapmış Pəhləviyə.

-İranda sabitliyin pozulması, ölkənin xaosa girməsi ölkəmizə sirayət edə bilərmi?

-Qətiyyən yox. Ölkəmizdə həllini gözləyən çoxlu problemlər olsa da, insanlar Prezidentin islahatlar həyata keçirəcəyinə inanır, təkamül yolu ilə inkişafı dəstəkləyirlər. Ölkəmizdə sabitlik və əminamanlıq var. Bu gün Qərbin böyük paytaxtlarında hava qaralandan sonra mərkəzi küçələrdən bir addım kənara qoysan ağır cinayətlərin qurbanı ola bilərsən. Həmin paytaxt şəhərlərində elə küçələr var ki, axşam saatlarında polis belə o küçələrə girməyə cəsarət etmir. İnsanlarımız bunu bilir və ölkəmizdəki vəziyyəti qiymətləndirməyi bacarır. Bununla yanaşı, vətəndaşlarımız tezliklə onların həyat şəraitini yaxşılaşdıracaq, insan hüquq və azadlıqlarının daha ciddi qorunmasını təmin edəcək böyük islahatlara başlanmasını da səbirsizliklə gözləyir.

Previous Post

FHN kəskin hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib

Next Post

Moldova MDB tərkibindən çıxmağa imkan verəcək əsas sazişlərin ləğvi proseduruna başlayıb. “Report” xəbər verir ki, bu barədə “Radio Moldova”nın efirində ölkənin baş nazir müavini və xarici işlər naziri Mixay Popşoy bildirib. “Moldova Müstəqil Dövlətlər Birliyində üzvlüyünün əsasını təşkil edən üç əsas sazişin – MDB Nizamnaməsi, MDB-nin yaradılması haqqında saziş və müvafiq əlavənin ləğv edilməsi proseduruna başlayıb”, – nazir bildirib. Onun sözlərinə görə, bu sazişlərin rəsmi olaraq ləğv edilməsindən sonra ölkə hüquqi olaraq MDB-nin tərkibindən çıxacaq. “De-fakto olaraq təşkilatda üzvlük daha əvvəl dayandırılmışdı. Bu sənədlər yekun təsdiq üçün parlamentə göndəriləcək”, – deyə Popşoy vurğulayıb.

Bənzər yazılar

“Ukrayna münaqişəsi tezliklə bitəcək” – Tramp

“Ukrayna münaqişəsi tezliklə bitəcək” – Tramp

17 Sentyabr 2026 - 15:00

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ nümayəndələri Birləşmiş Ştatlarda dizel yanacağının qiymətinin artmasına səbəb olan Ukrayna münaqişəsinə son qoymaq...

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

16 Sentyabr 2026 - 22:28

2027-ci ildə Azərbaycanda mənzil və kommunal təsərrüfatı xərclərinin 335 milyon manat olması nəzərdə tutulur. Elchi.az  bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir....

Tariximizin qəhrəmanlıq səhifəsi

Tariximizin qəhrəmanlıq səhifəsi

16 Sentyabr 2026 - 21:57

24 saat çəkən antiterror tədbirləri ordumuzun qüdrəti ilə yanaşı Prezident İlham Əliyevin prinsipial mövqeyi ilə yadda qaldı. Prezident müxtəlif çıxışlarında...

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

16 Sentyabr 2026 - 20:51

2027-ci ildə də Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat səviyyəsində qalması proqnozlaşdırılır. Elchi.az  bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Xatırladaq ki,...

Next Post

Moldova MDB tərkibindən çıxmağa imkan verəcək əsas sazişlərin ləğvi proseduruna başlayıb. "Report" xəbər verir ki, bu barədə "Radio Moldova"nın efirində ölkənin baş nazir müavini və xarici işlər naziri Mixay Popşoy bildirib. "Moldova Müstəqil Dövlətlər Birliyində üzvlüyünün əsasını təşkil edən üç əsas sazişin - MDB Nizamnaməsi, MDB-nin yaradılması haqqında saziş və müvafiq əlavənin ləğv edilməsi proseduruna başlayıb", - nazir bildirib. Onun sözlərinə görə, bu sazişlərin rəsmi olaraq ləğv edilməsindən sonra ölkə hüquqi olaraq MDB-nin tərkibindən çıxacaq. "De-fakto olaraq təşkilatda üzvlük daha əvvəl dayandırılmışdı. Bu sənədlər yekun təsdiq üçün parlamentə göndəriləcək", - deyə Popşoy vurğulayıb.

“Qəhrəmanlıq varislikdir”: Bir insanın cəsarəti ilə dəyişən talelərin hekayəsi (VİDEO)

"Qəhrəmanlıq varislikdir": Bir insanın cəsarəti ilə dəyişən talelərin hekayəsi (VİDEO)

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

17 Sentyabr 2026 - 15:30
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır

Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır

17 Sentyabr 2026 - 15:16
İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

17 Sentyabr 2026 - 15:08
“Ukrayna münaqişəsi tezliklə bitəcək” – Tramp

“Ukrayna münaqişəsi tezliklə bitəcək” – Tramp

17 Sentyabr 2026 - 15:00
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub

Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub

17 Sentyabr 2026 - 14:48
FHN-də “Fövqəladə hallar könüllüləri” proqramı çərçivəsində növbəti təltifetmə mərasimi keçirilib – VİDEO

FHN-də “Fövqəladə hallar könüllüləri” proqramı çərçivəsində növbəti təltifetmə mərasimi keçirilib – VİDEO

17 Sentyabr 2026 - 14:45
Azərbaycanda problemli kreditlərin məbləği artıb

Azərbaycanda problemli kreditlərin məbləği artıb

17 Sentyabr 2026 - 14:42
Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir – İlham Əliyev

Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir – İlham Əliyev

17 Sentyabr 2026 - 14:30
Prezidentlə xanımı “Nəsimi Bağları” kompleksi ilə tanış olub

Prezidentlə xanımı “Nəsimi Bağları” kompleksi ilə tanış olub

17 Sentyabr 2026 - 14:28
Prezident: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

Prezident: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

17 Sentyabr 2026 - 14:21
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda hotel açılışında iştirak ediblər

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda hotel açılışında iştirak ediblər

17 Sentyabr 2026 - 14:19
FHN-in Şimal Regional Mərkəzi mülki müdafiə kursları keçirib

FHN-in Şimal Regional Mərkəzi mülki müdafiə kursları keçirib

17 Sentyabr 2026 - 14:14
Təhlükəli mallar bazardan yığışdırılacaq

Təhlükəli mallar bazardan yığışdırılacaq

17 Sentyabr 2026 - 14:07
Aİ İranda repressiyaları və edamları PİSLƏDİ

Aİ İranda repressiyaları və edamları PİSLƏDİ

17 Sentyabr 2026 - 14:00
Uşaq evlərindən 28 gənc tələbə oldu

Uşaq evlərindən 28 gənc tələbə oldu

17 Sentyabr 2026 - 13:52
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.