Taylandda tikinti kranı qatarın üzərinə düşərək relsdən çıxıb və 22 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
Elchi.az Tayland mediasına istinadən xəbər verir ki, paytaxt Banqkokdan ölkənin şimal-şərqinə gedən qatar səhər tezdən tikinti kranı üzərinə düşməsi nəticəsində relsdən çıxaraq aşıb.
Tayland polisi bildirib ki, Banqkokdan təxminən 230 kilometr şimal-şərqdə yerləşən Nakhon Ratçasima əyalətinin Sikhio rayonunda yüksək sürətli dəmir yolu layihəsində işləyən kranın çökərək qatarın vaqonlarından birinə düşməsi nəticəsində qəza baş verib.
İlkin məlumatlara görə, qəza nəticəsində ən azı 22 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
Hakimiyyət orqanları qatarın relsdən çıxması nəticəsində baş verən yanğının söndürüldüyü və axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi barədə məlumat paylaşıb.
Qatardakı sərnişinlərin sayı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Məryəm





















