Türkiyənin xarici işlər naziri Hakan Fidan səudiyyəli həmkarı Feysəl bin Fərhan Al Səud ilə Qəzza sektorunda nizamlanma planının ikinci mərhələsinin həyata keçirilməsinə hazırlıq məsələsini müzakirə edib.
Elchi.az xəbər verir ki, bu barədə “TASS”a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
“Xarici işlər naziri Hakan Fidan yanvarın 13-də Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud ilə telefon danışığı aparıb. Söhbət zamanı ikitərəfli münasibətlər, həmçinin Qəzzada vəziyyətin nizamlanması üzrə sülh planının ikinci mərhələsinə hazırlıq məsələləri müzakirə olunub”, – deyə agentliyin mənbəyi bildirib.
Məryəm




















