Ötən il avqustun 8-da Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması tarixi hadisədir.
Elchi.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Bakıda Azərbaycan-İtaliya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasında deyib.
“Ümid edirik ki, yaranmış yeni vəziyyət sülhün təkcə Cənubi Qafqazda deyil, həm də digər regionlarda gücləndirilməsinə xidmət edəcək”, – Çirielli bildirib.





















