İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) iqtisadi problemlər səbəbindən başlayan etirazlarda ölənlərin sayının 38-ə çatdığını bildirib.
Elchi.az xəbər verir ki, ABŞ-da yerləşən HRANA-nın veb saytında dərc olunan hesabatda ölkədə 11 gündür davam edən etirazlar barədə məlumat verilib.
Hesabata görə, bu dövrdə ölkənin bütün 31 əyalətində baş tutan etirazlarda 34 etirazçı və 4 təhlükəsizlik qüvvəsi üzvü həyatını itirib.
Ölkə üzrə ümumilikdə 348 yerdə baş tutan etirazlarda onlarla insan yaralanıb və 2217 nəfər saxlanılıb.
Xəsarətlərin əsasən ov tüfəngindən atılan güllələr və plastik güllələr nəticəsində yarandığı bildirilib.
Etirazlarda ölən və ya yaralananlarla bağlı İran hakimiyyəti tərəfindən heç bir rəsmi açıqlama verilməyib.
HRANA dünən 10-cu gün üçün hesabatında ölənlərin sayının 36-ya, saxlanılanların sayının isə 2076-ya çatdığını açıqlamışdı.
Şayəstə





















