Belçikanın Antverpen şəhərində tramvaylardan birinin digərinə dəyməsi nəticəsində baş verən qəzada doqquz nəfər xəsarət alıb.
Elchi.az “Belga”ya istinadən xəbər verir ki, Antverpenin Zvijndrext rayonuna doğru gedən 5 və 9 nömrəli xətlərdə iki tramvay yerli vaxtla səhər saat 8:30 radələrində toqquşub.
Halewijnlaan ərazisi yaxınlığında baş verən qəzada iki tramvayın sürücüsü və yeddi sərnişin yaralanıb, lakin səlahiyyətlilər yaralılardan heç birinin həyati təhlükəsi olmadığını bildiriblər.
Qəza 3, 5, 9 və 15 nömrəli tramvay xətlərində nasazlıqlara səbəb olub və qəzanın səbəbləri ilə bağlı araşdırma başlanıb.
Məryəm





















