Alaska Hava Yollarına məxsus təyyarənin uçuş zamanı qapısını zorla açmağa cəhd etməkdə ittiham olunan sərnişin, ekipajın vəzifələrini yerinə yetirməsinə mane olmaq ittihamı ilə federal məhkəmə qarşısına çıxarılıb.
Elchi.az xəbər verir ki, hadisə 10 dekabrda Alyaskanın Dedhors şəhərindən Ankoric şəhərinə uçan 87 nömrəli reysdə baş verib. İttihamnaməyə görə, Kassian William Fredericks adlı sərnişin uçuş zamanı arxa kabin qapısını “aqressiv şəkildə” açmağa çalışıb.
Vəziyyəti görən bir sərnişin Frederiksin qapı dəstəyini tərpətdiyini gördükdən sonra müdaxilə edib və digər sərnişinlərdən kömək istəyib.
Şahidlər bildiriblər ki, Frederiks olduqca güclü idi və yalnız üç kişi sərnişinin köməyi ilə sakitləşdirilib oturacağına oturdula bildi.
Şayəstə





















