Prezident Ərdoğan bunu istədi, Tramp bunu həyata keçirdi. Suriyaya qarşı sanksiyaları ləğv etməyə başlayan ABŞ son böyük addımını atdı. ABŞ Prezidenti Tramp Sezar sanksiyalarının ləğvini də əhatə edən 2026-cı il müdafiə büdcəsini imzaladı.
Elchi.az xəbər verir ki, Türkiyənin çağırışlarından sonra ABŞ Suriyaya tətbiq etdiyi son sanksiyalar üçün düyməni basdı.
Suriyadakı keçmiş rejimə tətbiq edilən Sezar sanksiyaları ləğv edildi.
ABŞ Prezidenti Donald Trampın “Suriyaya qarşı sanksiyalar üzərində işləməliyik. Onlara yeni bir başlanğıc vermək istəyirik. Prezident Ərdoğan məndən bunu etməyimi istədi” sözləri gerçəkləşdi.
Tramp Suriyaya qarşı sanksiyaların ləğvini də əhatə edən 901 milyard dollarlıq 2026-cı il Milli Müdafiə Səlahiyyəti Qanununu (NDAA) imzaladı.
ABŞ Prezidenti Tramp Ağ Evdə qapalı imza mərasimində böyük müdafiə büdcəsini qanuna çevirdi.
901 milyard dollarlıq müdafiə büdcəsi qanunu həmçinin Suriyaya qarşı sanksiyaları ehtiva edən Sezar Qanununun ləğvini də əhatə edirdi. Beləliklə, Trampın imzası ilə Suriyaya qarşı sanksiyalar rəsmi olaraq ləğv edildi.
Şayəstə





















