Ukrayna nizamlanmasına dair razılaşma Kiyev rejiminin Ukrayna Silahlı Qüvvələrinin “nominal” gücündən kənarda Milli Qvardiya kimi əlavə qüvvələrə malik olacağını nəzərdə tuta bilər.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ və Ukrayna rəsmilərinə istinadən “The Washington Post” qəzeti yazıb.
Nəşrin məlumatına görə, nizamlanma danışıqlarında tərəflər hələ də Ukrayna ordusunun sayının məhdudlaşdırılması məsələsini həll etmək üçün mübarizə aparırlar. Xüsusən də Kiyev ölkə konstitusiyası səviyyəsində heç bir məhdudiyyətin tətbiqinə razı deyil.
“Ordunun nominal böyüklüyündən asılı olmayaraq, rəsmilər Milli Qvardiya və ya digər dəstək qüvvələri kimi əlavələrin ola biləcəyini deyirlər”, – məqalədə qeyd olunur.
Məryəm





















