Politico: NATO Ukrayna Qətnaməsində Qırmızı Xəttlərinin Nəzərə Alınmasını Tələb Edir.
Elchi.az xəbər verir ki, Politico ittifaq rəsmilərinə istinadən xəbər verir ki, bir neçə NATO üzvü ölkəsi Ukraynadakı silahlı münaqişənin həllində “qırmızı xətlərinin” nəzərə alınmasını tələb edir.
Qeyd olunur ki, bu “qırmızı xətlər”ə Ukraynanın NATO-ya daxil olması və müttəfiq ərazisinə qoşun və silahların yerləşdirilməsi daxildir.
Finlandiya xarici işlər naziri Elina Valtonen nəşrə bildirib ki, NATO müttəfiqləri hazırda “qırmızı xətlər” hazırlayırlar.
Dünən gecə Kremldə Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkov və kürəkəni Cared Kuşner arasında danışıqlar başa çatıb. Tərəflər Amerika sülh planı ilə bağlı kompromisə gələ bilməyiblər. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ərazi məsələsinin əsas maneə olaraq qaldığını bildirib. Görüşdə Rusiya prezidentinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev də iştirak edib və danışıqları məhsuldar adlandırıb.
Şayəstə





















