Aİ 2027-ci ilə qədər Rusiya qazının idxalını tədricən dayandıracağını açıqladı.
Elchi.az xəbər verir ki, Avropa Şurası Avropa Parlamenti ilə Rusiya qazının idxalını tədricən dayandırmaq barədə razılığa gəlib.
Plana əsasən, Rusiya mayeləşdirilmiş təbii qazı 2026-cı ilin sonuna qədər, boru kəməri qazı isə 2027-ci ilin payızına qədər tamamilə qadağan ediləcək.
Oktyabr ayı etibarilə Rusiyanın Aİ qazındakı payı 12 faizə düşüb. Macarıstan, Fransa və Belçika hələ də Rusiya qazını idxal edən ölkələr arasındadır.
Şayəstə





















