Cənub-Şərqi Asiya ölkələrində güclü yağışların yaratdığı fəlakətlərdə təxminən 1200 nəfər həlak olub, yüzlərlə itkin düşmüş insan üçün axtarış və xilasetmə işləri davam edir.
Elchi.az xəbər verir ki, hər il iyun-sentyabr ayları arasında Cənubi və Cənub-Şərqi Asiyaya yağan güclü musson yağışları genişmiqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.
Bu il bölgədə həftələrlə davam edən güclü yağışlar böyük humanitar böhrana çevrilib.
İndoneziya, Şri-Lanka, Tayland və Malayziyadakı fəlakətlərdə təxminən 1200 nəfər həlak olub və milyonlarla insan didərgin düşüb. Bölgədəki ölkələr ardıcıl fəlakətlərdən sonra yüzlərlə itkin düşmüş insan üçün axtarış və xilasetmə işlərini davam etdirdikcə, itkilər daha da artır.
Fəlakət bölgələrində geniş infrastruktur ziyanı bir çox icmanı əlçatmaz edib və hökumətlər təxliyə, ərzaq və tibbi yardımı sürətləndirmək üçün fövqəladə vəziyyət elan edir.
Lakin itkin düşmüş insanların çox olması ölənlərin sayının daha da arta biləcəyi ilə bağlı narahatlıqlar yaradır.
Şayəstə





















