İndoneziyanın Sumatra adasında güclü daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 600-ə yaxınlaşıb.
Elchi.az xəbər verir ki, bu barədə Agence France-Presse yerli xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.
Əvvəllər 500-dən çox qurbanın olduğu bildirilmişdi.
İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyi təbii fəlakətə ötən həftənin sonundan bəri bölgəyə yağan güclü yağışlar səbəb olduğunu açıqlayıb. Sellər yaşayış binalarına, yollara və infrastruktura ziyan vurub, xilasedicilərin ən çox ziyan çəkmiş ərazilərə çatmasını çətinləşdirib.
Məryəm





















