"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İDMAN

Mikayıl Cabbarov növbəti dəfə Azərbaycan Güləş Federasiyasının prezidenti seçildi

27 Noyabr 2025 - 16:47
in İDMAN
FacebookVatsap

Azərbaycan Güləş Federasiyasının (AGF) Ümumi Yığıncağı keçirilib.

Bunu da oxuyun

Emre Belözoğlu “Fənərbaxça”nın baş məşqçisi təyin olunub, müqavilə imzalanıb

Mbappe La Liqada oktyabrın ən yaxşı futbolçusu seçilib

“Sabah” fransalı futbolçusu ilə yollarını ayırdı

Elchi.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə AGF-nin prezidenti Mikayıl Cabbarov, vitse-prezidenti Namiq Əliyev, İcraiyyə Komitəsinin üzvləri Namiq Abdullayev, Fərid Mansurov, Vasif Məmmədov, Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, eləcə də federasiyanın üzvləri iştirak ediblər.

Tədbir federasiyanın son 4 illik fəaliyyətinin və güləş sahəsində görüləcək işlərin müzakirəsi, həmçinin İcraiyyə Komitəsinin tərkibinə seçkilərin keçirilməsi məqsədilə təşkil olunub.

Yığıncaqda AGF prezidenti Mikayıl Cabbarov dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda idmanın, o cümlədən güləşin inkişafı, gənc istedadların yetişdirilməsi, idmançılarımızın peşəkarlığının və beynəlxalq uğurlarının daha da artırılması ilə bağlı görülən işləri qeyd edib.

Yığıncaqda yetərsay müəyyənləşdirildikdən sonra mandat komissiyasının üzvləri və Ümumi Yığıncağın üzvləri təsdiqlənib. Daha sonra AGF-nin baş katibi Pərvin Piriyevin hesabatı dinlənilib.

Pərvin Piriyev son 4 il ərzində federasiyada görülmüş işlərdən, əldə edilmiş nəticələrdən danışıb. Bu müddət ərzində Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun, Paris-2024-ə seçim xarakterli Avropa Olimpiya Təsnifat turnirinin və U23 Avropa çempionatının yüksək səviyyədə keçirildiyini qeyd edən baş katib 2022-2025-ci illərdə müxtəlif beynəlxalq yarışlarda 1031 medal qazanıldığını bildirib. Bunların 293-ü qızıl, 292-si gümüş, 446-sı isə bürünc medal olub. Milli komandalarımız müxtəlif yaş qruplarında dəfələrlə Avropa və dünya çempionatlarında ilk üçlükdə yer alıb. Yunan-Roma güləşçilərimiz 2023 və 2024-cü illərdə dünyanın ən güclü komandası ünvanına sahib çıxıblar.

Güləş üzrə maddi-texniki bazanın gücləndirilməsi üçün müxtəlif infrastruktur layihələri həyata keçirilib. Həmçinin kütləviliyin artırılması məqsədilə intensiv təbliğat işləri aparılıb. Titullu güləşçilərin iştirakı ilə ustad dərsləri, məşqçilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün ümumrespublika seminarları təşkil edilib. Güclü irsin formalaşdırılması məqsədilə aşağı yaş qrupları üzrə güləşin inkişafına xüsusi diqqət ayrılıb. Bu da U15 və U17 yaş qruplarında böyük uğurlara nail olunmasına töhfə verib.

Tədbirdə AGF prezidenti vəzifəsinə səsvermə həyata keçirilib. Mikayıl Cabbarov növbəti 4 il üçün yenidən federasiyanın prezidenti seçilib. Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Namiq Əliyev isə növbəti dəfə vitse-prezident vəzifəsinə seçilib. Həmçinin İcraiyyə Komitəsinin üzvləri səsvermə yolu ilə müəyyənləşiblər: Mikayıl Cabbarov, Namiq Əliyev, Namiq Abdullayev, Fərid Mansurov, Vasif Məmmədov.

Çingiz Hüseynzadə və Elnur Məmmədov çıxış edərək ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən layihələr, idmançıların beynəlxalq səviyyədə uğur qazanması üçün yaradılan imkanlardan söz açıblar.

Mikayıl Cabbarov yekun nitqində növbəti 4 il üçün qarşıdan duran hədəfləri və fəaliyyət istiqamətlərini qeyd edib, güləşçilərə məşq və yarışlarda yeni uğurlar arzulayıb.

Previous Post

Azərbaycan XİN Çinə başsağlığı verdi

Next Post

Estoniya XİN başçısı: Ermənistan-Azərbaycan sülh prosesini yüksək qiymətləndiririk

Bənzər yazılar

Emre Belözoğlu “Fənərbaxça”nın baş məşqçisi təyin olunub, müqavilə imzalanıb

Emre Belözoğlu “Fənərbaxça”nın baş məşqçisi təyin olunub, müqavilə imzalanıb

06 Noyabr 2026 - 19:12

“Fənərbaxça”nın yeni baş məşqçisi Emre Belözoğlu rəsmi müqaviləyə imza atıb. Elchi.az xəbər verir ki, 46 yaşlı mütəxəssis yenidən doğma klubuna qayıtmasından...

Mbappe La Liqada oktyabrın ən yaxşı futbolçusu seçilib

Mbappe La Liqada oktyabrın ən yaxşı futbolçusu seçilib

06 Noyabr 2026 - 16:45

Fransalı hücumçu Kilian Mbappe İspaniya La Liqasında oktyabr ayının ən yaxşı futbolçusu adına layiq görülüb. Elchi.az xəbər verir ki, “Real...

“Sabah” fransalı futbolçusu ilə yollarını ayırdı

“Sabah” fransalı futbolçusu ilə yollarını ayırdı

06 Noyabr 2026 - 11:09

“Sabah” fransalı futbolçu Zinəddin Uld Xaledlə yollarını ayırıb. Elchi.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi...

“Sabah”ın məğlubiyyətindən sonra Azərbaycanın UEFA reytinqindəki mövqeyi bəlli oldu

“Sabah”ın məğlubiyyətindən sonra Azərbaycanın UEFA reytinqindəki mövqeyi bəlli oldu

06 Noyabr 2026 - 10:04

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəqiqləşib. Elchi.az xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunlarından sonra ölkəmizin əmsalı...

Next Post
Estoniya XİN başçısı: Ermənistan-Azərbaycan sülh prosesini yüksək qiymətləndiririk

Estoniya XİN başçısı: Ermənistan-Azərbaycan sülh prosesini yüksək qiymətləndiririk

FHN elmi-praktiki konfrans təşkil etdi

FHN elmi-praktiki konfrans təşkil etdi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

06 Noyabr 2026 - 21:33
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb

Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb

06 Noyabr 2026 - 20:13
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər

Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər

06 Noyabr 2026 - 20:12
“Tağıyev: Məktəb” filmi VI “Korkut Ata” Türk Dünyası Film Festivalında nümayiş edilib

“Tağıyev: Məktəb” filmi VI “Korkut Ata” Türk Dünyası Film Festivalında nümayiş edilib

06 Noyabr 2026 - 20:10
FHN-in strukturlarında Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

FHN-in strukturlarında Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

06 Noyabr 2026 - 19:24
Emre Belözoğlu “Fənərbaxça”nın baş məşqçisi təyin olunub, müqavilə imzalanıb

Emre Belözoğlu “Fənərbaxça”nın baş məşqçisi təyin olunub, müqavilə imzalanıb

06 Noyabr 2026 - 19:12
Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

06 Noyabr 2026 - 19:00
Ağ Evə “Starlink” bağlantısı 1 milyon dollardan baha başa gəlib

Ağ Evə “Starlink” bağlantısı 1 milyon dollardan baha başa gəlib

06 Noyabr 2026 - 18:47
Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir keçirilib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir keçirilib

06 Noyabr 2026 - 18:38
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər – YENİLƏNİB – FOTO

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər – YENİLƏNİB – FOTO

06 Noyabr 2026 - 18:26
Misir Şotlandiyadan 4000 illik mumiyanın qaytarılmasını tələb edib

Misir Şotlandiyadan 4000 illik mumiyanın qaytarılmasını tələb edib

06 Noyabr 2026 - 18:16
Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

06 Noyabr 2026 - 18:05
Prezident və xanımı Zəngilanda sakinlərlə görüşdülər

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər – YENİLƏNİB

06 Noyabr 2026 - 18:02
“Tesla” 2027-ci ildə “Cybertruck” istehsalını dayandıracaq

“Tesla” 2027-ci ildə “Cybertruck” istehsalını dayandıracaq

06 Noyabr 2026 - 17:59
Brüsseldə Zəfər Günü qeyd olunub – FOTO

Brüsseldə Zəfər Günü qeyd olunub – FOTO

06 Noyabr 2026 - 17:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.