"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Rəşad Məcid: Mətbuat Şurasının Dil Komissiyası işini intensivləşdirəcək

26 Noyabr 2025 - 13:45
in CƏMİYYƏT
FacebookVatsap

“Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yığıncaqdakı çıxışında ana dilimizlə bağlı həssas məqamlara toxundu. Dilimzə yad təsirlərin artmasından narahatlığını ifadə edən dövlətimizin başçısı onun saflığını qorumağın hər bir vətəndaşın işi olduğunu vurğuladı”.

Bunu da oxuyun

Sabah Bakının üç ərazisində qaz təchizatında fasilə yaranacaq

Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

Bakı Qızlar Universitetinin tələbələri digər ali təhsil müəssisələrinə köçürüləcək

Elchi.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

“Prezident, eyni zamanda, həm televiziya, həm də yazılı media məkanındakı mənfi tendensiyalara diqqət çəkərək, dilimizin lazımınca qorunmamasının milli kimliyimizə təhlükə yaratmasından da söz açdı, bu istiqamətdəki durumu izləyəcəyini, lazımi tədbirlər görəcəyini bildirdi.

Məlum olduğu kimi, Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevin çıxışındakı tezisləri rəhbər tutaraq, noyabrın 7-də “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfrans keçirdi. Hesab edirəm ki, konfransın ayrı-ayrı panellərində mövzu, kifayət qədər, əhatəli müzakirə edildi, peşəkarlar və mütəxəssislər ümumi işə faydalı təkliflər səsləndirdilər, mənfi tendensiyaları diqqətə çatdırdılar. Heç şübhəsiz, təkliflərin praktikada tətbiqi istiqamətində də müvafiq və ardıcıl iş aparılmalıdır və aparılacaq.

Ümumən, Mətbuat Şurası yarandığı gündən mediada ana dilimizin saflığının qorunması məsələsinə həssas yanaşıb. Şura tərəfindən ölkəmizin aparıcı media vasitələrinin monitorinqi aparılıb. Bu işi Mətbuat Şurasının Dil Komissiyası qurumun “Mediada ədəbi dilin pozulması hallarının müəyyənləşdirilməsinə dair Təlimat”a uyğun şəkildə həyata keçirib.

Qeyd edim ki, Təlimatda leksik və qrammatik pozuntu hallarına diqqət yetirilir. Leksik pozuntular dedikdə bura alınma, dialekt sözlərin, şivələrin, terminlərin işlədilməsi, habelə yeni sözlərin (neologizmlərin) yaradılması və işlədilməsi ilə bağlı pozuntular aiddir. Təbii ki, qrammatik pozuntular özünə daha geniş yanaşmanı tələb edir. Bu baxımdan morfoloji qaydalara əməl olunmaması, yəni isimlərdə şəkilçilərin, fellərdə nəqli keçmiş zaman şəkilçisinin işlədilməsi, feli sifətlərdə və ismi xəbərlərdə zaman anlayışının istifadəsi, feli bağlamaların işlədilməsində Azərbaycan dilinin morfoloji xüsusiyyətlərinin nəzərə alınmaması ilə bağlı pozuntular vurğulanmalıdır.

Şuranın Təlimatına əsasən qrammatik pozuntuların müəyyənləşdirilməsində daha bir cəhət kimi sintaktik qaydalara əməl olunmamasına dair pozuntulara diqqət yetirilir. Bu baxımdan cümlələrdə söz sırasının pozulması, cümlə və söz birləşmələrində sintaktik əlaqələrə əməl edilməməsi, tabesiz mürəkkəb cümlələrdə komponentlər arasında məna əlaqələrinin pozulması, tabeli mürəkkəb cümlələrdə baş cümlə ilə budaq cümlə arasında məntiqi bağlılığın yoxluğu, durğu işarələrinin düzgün işlədilməməsi halları nəzərdən keçirilməlidir.

Əlbəttə, qrammatik pozuntulardan danışırıqsa, üslub pozuntularının da üzərində dayanmalıyıq. Bura isə sözlərin yazılışında orfoqrafiya lüğətinin tələblərinə əməl olunmaması, müxtəlif funksional üslublara aid dil normalarının qarışdırılması, danışıq dili normalarının və xüsusiyyətlərinin yersiz olaraq yazılı nitqə gətirilməsi, müəllifin bəhs olunan mövzuya və yazının həsr edildiyi sahəni bilməməsindən irəli gələn, bütövlükdə dilimizi praktik olaraq yaxşı bilməməkdən, habelə dilimizin nəzəri qayda-qanunlarına bələd olmamaqdan törəyən pozuntular daxildir.

Göründüyü kimi, kifayət qədər, dolğun yanaşma bucağımız var. Fəaliyyətin gerçəkləşdirilməsi üçün Mətbuat Şurasının İdarə Heyətinin yaxın günlərdəki iclasında Şuranın Dil Komissiyasının tərkibinin komplektləşdirilməsi həyata keçiriləcək. Zaman-zaman komissiyanın işində peşəkar dilçi alimlər iştirak edib. Medianın monitorinqi də onlar tərəfindən aparılıb. Sonradan hazırda fəaliyyəti dayandırılmış Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı ki, Mətbuat Şurası bu qurumun işinə də öz töhfəsini verdi. Mərkəz monitorinqlərinin nəticələrini kitab şəklində nəşr etdirir, habelə pozuntu hallarının müzakirə edildiyi toplantılar düzənləyirdi.
Mətbuat Şurası da vaxtilə media məkanındakı dil pozuntularının müzakirəsini media rəhbərlərinin bilavasitə iştirakı ilə aparırdı. Hesab edirəm ki, yenə eyni fəaliyyətə üstünlük verilməlidir. O cümlədən, Dil Komissiyasının işinə, əvvəllər olduğu kimi, dilçi alimlərin və mütəxəssislərin cəlb edilməsi vacibdir. Şuranın İdarə Heyəti üzvlərinin qarşıdakı iclasda mövcud istiqamətdə, ümumən Dil Komissiyasının fəaliyyətinin gücləndirilməsinə dair başqa səmərəli təkliflər səsləndirəcəklərinə əminəm”, – o bildirib.

Previous Post

İsrail 15 fələstinlinin meyitini BQXK-ya təhvil verib

Next Post

“2025-ci ilin sonuna kimi Ukraynadakı münaqişə həll edilə bilər” – Rutte

Bənzər yazılar

Sabah Bakının üç ərazisində qaz təchizatında fasilə yaranacaq

Sabah Bakının üç ərazisində qaz təchizatında fasilə yaranacaq

30 İyul 2026 - 20:08

İyulun 31-də Bakının Lökbatan, Qobu qəsəbələrində, həmçinin Nizami rayonunun bir sıra küçələrində qaz təchizatı müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə Elchi.az...

Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

30 İyul 2026 - 19:57

Azərbaycanda 2026-cı ilin yanvar–iyun aylarında hepatit B və C diaqnozu ilə hər birinə ayrı-ayrılıqda 14 nəfər qeydiyyata alınıb. Bu barədə Dövlət...

Bakı Qızlar Universitetinin tələbələri digər ali təhsil müəssisələrinə köçürüləcək

Bakı Qızlar Universitetinin tələbələri digər ali təhsil müəssisələrinə köçürüləcək

30 İyul 2026 - 18:22

Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə...

Azərbaycanda bu universitetin fəaliyyəti dayandırıldı

Azərbaycanda bu universitetin fəaliyyəti dayandırıldı

30 İyul 2026 - 18:14

Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb. Bu barədə Elchi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyulun 10-da keçirilmiş...

Next Post
“2025-ci ilin sonuna kimi Ukraynadakı münaqişə həll edilə bilər” – Rutte

"2025-ci ilin sonuna kimi Ukraynadakı münaqişə həll edilə bilər" - Rutte

Mirzoyanın müavini: Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı danışıqlar davam edir

Mirzoyanın müavini: Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı danışıqlar davam edir

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb

İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb

30 İyul 2026 - 23:54
Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

30 İyul 2026 - 23:51
ABŞ İrana görə beş şirkəti “qara siyahı”ya salıb

ABŞ İrana görə beş şirkəti “qara siyahı”ya salıb

30 İyul 2026 - 23:49
Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir

Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir

30 İyul 2026 - 20:15
İran Bolqarıstanı ABŞ hərbi aviasiyasının yerləşdirilməsindən imtina etməyə çağırıb

İran Bolqarıstanı ABŞ hərbi aviasiyasının yerləşdirilməsindən imtina etməyə çağırıb

30 İyul 2026 - 20:12
Sabah Bakının üç ərazisində qaz təchizatında fasilə yaranacaq

Sabah Bakının üç ərazisində qaz təchizatında fasilə yaranacaq

30 İyul 2026 - 20:08
Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib

Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib

30 İyul 2026 - 20:05
Sülh Şurası: Razılaşma icra edildikdən sonra HƏMAS Qəzzada inzibati rol oynamayacaq

Sülh Şurası: Razılaşma icra edildikdən sonra HƏMAS Qəzzada inzibati rol oynamayacaq

30 İyul 2026 - 20:01
Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

30 İyul 2026 - 19:57
Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

30 İyul 2026 - 19:33
Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunur

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunur

30 İyul 2026 - 19:30
Sumqayıtda və Yasamalda oğurluq edən şəxslər saxlanıldı

Sumqayıtda və Yasamalda oğurluq edən şəxslər saxlanıldı

30 İyul 2026 - 19:27
Ərdoğan: Cozef Aunla İsrailin Livana hücumlarını müzakirə etdik

Ərdoğan: Cozef Aunla İsrailin Livana hücumlarını müzakirə etdik

30 İyul 2026 - 19:25
İran Küveytdəki ABŞ bazasına hücum edib

İran Küveytdəki ABŞ bazasına hücum edib

30 İyul 2026 - 19:20
“Zirə” – “Payde” matçının start heyətləri açıqlandı

“Zirə” – “Payde” matçının start heyətləri açıqlandı

30 İyul 2026 - 19:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.