Azərbaycan millisinin heyətindən çıxarılan “Qarabağ”ın futbolçuları Elvin Cəfərquliyev və Toral Bayramovun durumuna aydınlıq gəlib.
Elchi.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
O bildirib ki, hər iki müdafiəçinin vəziyyəti normaldır və bu gündən etibarən tədricən məşqlərə qoşulublar.
Qeyd edək ki, Elvin Cəfərquliyev DÇ-2026-nın seçmə mərhələsində İslandiya (0:2) və Fransa (1:3) ilə oyunları yüksək hərarət səbəbindən buraxmalı olub.
Toral Bayramov isə İslandiyaya qarşı matça start heyətdə başlasa da, Fransa ilə oyundan öncə keçirilən məşqdə zədələnərək millinin düşərgəsini tərk etmişdi.





















