Türkiyənin Qaziantep şəhərində sərnişinləri daşıyan tramvaya ildırım düşüb.
Elchi.az xəbər verir ki, bu barədə “Habertürk” DHA-ya istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, hadisə günorta saatlarında Pəncərli rayonu ərazisindəki Bürç-Süd xəttində güclü yağış zamanı baş verib. Sərnişinlər təcili şəkildə təxliyə edilib.
Ekipajlar təhlükəsizliyi təmin edib və təsirə məruz qalan avtomobili xətdən kənarlaşdırarkən, xəttdəki tramvay xidməti müvəqqəti olaraq dayandırılıb. Daha sonra xidmətlər bərpa olunub.
Şəhərin meri Fatma Şahin sosial media hesabında qeyd edib ki, tramvaylarda quraşdırılan ildırımdan mühafizə sistemi sayəsində nə nəqliyyat vasitələrinə, nə də sərnişinlərə ziyan dəyib.
Məryəm





















