Ukraynanın Kirovoqrad vilayətindəki İnqul uran mədənində qəza baş verib.
Elchi.az xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.
“Noyabrın 11-də Şərq Mədən Emalı Zavodunun (VostGOK) “İnqulskaya” şaxtasında fövqəladə hadisə baş verib – tükənmiş blokun yeraltı işlərində hidravlik döşənmə qarışığında sıçrayış baş verib, üfüqü su basıb”, – departament öz Telegram kanalında bildirib.
Nazirlikdən verilən məlumata görə, mədəndə 4 işçi olub. İki nəfər xilas ola bilib, iki nəfərin taleyi isə məlum deyil. Qeyd olunur ki, Fövqəladə Hallar Dövlət Xidmətinin (FHN) qüvvə və vasitələri cəlb olunmaqla qəza-xilasetmə əməliyyatları aparılır.
Şərq Mədən Emalı Zavodu (VostGOK) Ukraynada uran filizi hasil edən və emalı ilə məşğul olan yeganə müəssisədir. “VostGOK” həm də ölkədə sulfat turşusunun ən böyük istehsalçısıdır. Zavodun tərkibinə ikisi fəaliyyətdə olan üç uran filizi mədəni (İnqulskaya və Smolinskaya), eləcə də uranın emalı kompleksi daxildir. Vurğulanır ki, bu, ilk fövqəladə hal deyil – iyun ayında Smolinskaya mədəni elektrik problemləri səbəbindən sürətlə su altında qalıb. Daha sonra Kirovohrad vilayətinin səlahiyyətliləri şaxtada baş verə biləcək ekoloji fəlakətin qarşısı alındığını bildiriblər.
Məryəm





















