“Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) hesabatları heç vaxt əsassız deyil”.
Elchi.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Ermənistanın Rusiya taxılından imtina etmək planları ilə bağlı SVR-nin hesabatı ilə bağlı sualına cavab verib.
“SVR-nin hesabatlarına gəlincə, onlar heç vaxt əsassız deyillər”, – prezidentin mətbuat katibi bildirib.
Yeganə





















