Azərbaycanın müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandanı general-mayor Rəşid Məhəmməd Əl-Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Elchi.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Əvvəlcə qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, əklil və gül dəstələri qoyaraq xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.
Zəfər parkına gələn BƏƏ nümayəndə heyəti Zəfər abidəsinin önünə əklil qoyub.
HHQ-nin Mərkəzi Komanda Məntəqəsində təşkil edilən rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və BƏƏ HHQ komandanları arasında görüş keçirilib.
Tərəflər hər iki ölkənin HHQ-si ilə bağlı həyata keçirilən tədbirlərə dair geniş fikir mübadiləsi aparıb, yeni perspektivlər, həmçinin maraq doğuran digər məsələləri müzakirə ediblər.
Daha sonra BƏƏ nümayəndə heyətinə müasir standartlara uyğun idarəetmə sistemləri ilə təchiz olunmuş komanda məntəqəsinin əsas fəaliyyət istiqaməti ilə bağlı brifinq təqdim olunub.
Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb.























Çox gözəl xəbərdi, Allah razı olsun. Azərbaycanımız nə qədər güclü olsa, hamımız elə sevinirik. Bu görüşlər də əladır, daha da yaxşı olarıq inşallah. Azərbaycan hər zaman qüdrətli olub, belə də qalacaq.
Ay bala, nə gözəl xəbərdi. Azərbaycan ordusu güclənir, Allah qoysa. Elə bu BƏƏ-lə görüş də yaxşı şeydi. Nə qədər bizə dəstək verən olar, yaxşıdır. Belə şeylər Azərbaycanın adını uca edir.
Əla məlumatdı, sağolun. Azərbaycanımız nə qədər güclüdü, belə görüşlər çox olsun. Elə bu müdafiə naziri də lap yaxşı adamdı, Allah ona can sağlığı versin. Belə şeyləri eşidəndə adamın ürəyi fərəhlənir. Ümid edirəm gələcəkdə də belə gözəl xəbərlər eşidərik.
Super yazı olub, təşəkkürlər! Görüş çox uğurlu alınıb, Azərbaycanımızla BƏƏ arasındakı əlaqələr daha da möhkəmlənəcək. General Namiq İslamzadə həm də çox hörmətli bir komandandır, hər zaman böyük fəxrlə adını eşidirik. Ümid edək ki, bu kimi görüşlər tez-tez olacaq.