"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Qüdrət Həsənquliyev: “Biz qonşu dövlətlərə münasibətdə həmişə dostluq siyasəti yürütməliyik”

05 Oktyabr 2025 - 13:36
in CƏMİYYƏT, MANŞET
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-ın suallarını cavablandırıb.

Bunu da oxuyun

Yeni ekspres marşrut fəaliyyətə başlayır: Gediş haqqı…

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

Nazirlikdən fermerlərə xəbardarlıq: Cərimə…

Müsahibəni təqdim edirik:

– Qüdrət bəy, İranda hicab geyinməməyə görə dövlət orqanları tərəfindən qadınların təqib olunmasına son qoyulması barədə xəbəri necə qarşıladınız?

– Bu, İranda yaşayan qadınların, o cümlədən İran dövlətinin böyük uğurudur. İranın Ali Dini Rəhbəri prezident Məsud Pezeşkianı dəstəkləsə, təbii sərvətlərlə zəngin olan İran bütün sahələrdə ciddi uğur qazanacaq. Növbəti addım İranda yaşayan millətlərə öz dillərində təhsil almaq, mədəniyyətlərini inkişaf etdirmək imkanının verilməsi olmalıdır. Pezeşkian buna çalışır. O çalışır ki, İranda hüquqi dövlət qurulsun, cəmiyyətin inkişafı qarşısında ən böyük maneələrdən biri olan korrupsiyaya qarşı effektli mübarizə təşkil olunsun, demokratiya inkişaf etdirilsin, sanksiyalar aradan qaldırılsın. İranın Azərbaycana münasibəti də müsbətə doğru dəyişməkdədir. İran cəmiyyəti də bu dəyişiklikləri gözləyir. Artıq repressiyalarla dövləti idarə etmək hər keçən gün daha da çətinləşir. İranda əhalinin az qala yarısının türk olmasını nəzərə alıb, mən İranı həm də türk dövləti adlandırıram. İnanıram ki, İran nə vaxtsa Türk Dövlətləri Təşkilatının üzvü olacaq. Biz 3+3 formatında da İranla sıx əməkdaşlıq etməliyik.

– Gürcüstanda dinc inqilab cəhdinin iflasa uğramasını nə ilə əlaqələndirirsiniz?

– 1993-cü ildə hərbi qiyam yolu ilə devrilmiş AXC bir siyasi qüvvə olaraq hakimiyyətə gələndən qısa bir müddət sonra, bütün gördüyü müsbət işlərə də rəğmən, xalqın dəstəyini itirməsini uzun müddət qəbul edə bilmirdi. Gəncədə hərbi qiyam başlayanda, o zaman dövlət katibi olan Əli Kərimli az qala bütün icra başçılarına yalvarırdı ki, heç olmasa işçilərinizi Prezident Administrasiyanın qarşısına göndərin. Amma ora 3-4 mindən artıq adam gəlmirdi. Xalq böyük dəyişikliklər üçün fədarkarlıq etməyə hazır deyildi. Eyni proses Gürcüstanda da təkrarlandı. Saakaşvili öz ölkəsi üçün çox müsbət işlər görsə də, gürcü xalqı Rusiya ilə birlikdə olmağı seçdi, dövlətin gələcəyinə görə məsuliyyət daşımaq istəmədi və bu işi iqtidara ötürüb kənar çəkildi. Gürcü xalqının sosial inkişaf səviyyəsi indikindən artığına nail olmağa yetmir. Ona görə də seçiminə sadiqdir, taleyindən razıdır. Qərb isə tərəfdarlarını müdafiə etmək üçün rusiyayönümlü hakimiyyətə problem yarada biləcək qərarlar qəbul etmək gücündə deyil. Həmişə deyirəm, xalq ədalət istəyir, amma güclünün arxasınca gedir. Ona görə də hal-hazırda iqtisadiyyatı sürətlə böyüyən, güclü hakimiyyətə sahib Gürcüstanda qərbyönümlülərin uğur qazanması mümkünsüzdür. Seçkilər cəmiyyətdə baş vermiş dəyişiklikləri hüquqi müstəvidə rəsmiləşdirmək vasitəsidir. Gürcüstan cəmiyyətində isə belə bir dəyişiklik baş verməmişdi. Gürcüstanda kimin hakimiyyətdə olmasına baxmayaraq, biz, qonşu dövlətlərə münasibətdə həmişə dostluq siyasəti yürütməliyik.

Previous Post

“Qarabağ” yenə qalib gəldi

Next Post

Xırdalanda yaşayış kompleksində yanğın olub, sakinlər təxliyə edilib

Bənzər yazılar

Yeni ekspres marşrut fəaliyyətə başlayır: Gediş haqqı…

Yeni ekspres marşrut fəaliyyətə başlayır: Gediş haqqı…

27 İyul 2026 - 18:25

Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin təmin edilməsi məqsədilə iyulun 28-dən Bakının Qaradağ rayonunun Ələt qəsəbəsini Səbail rayonunun...

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

27 İyul 2026 - 18:12

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi əlilliyi olan şəxslərin məşğulluğunun artırılması istiqamətində tədbirlərini davam etdirir. ƏƏSMN-dən...

Nazirlikdən fermerlərə xəbardarlıq: Cərimə…

Nazirlikdən fermerlərə xəbardarlıq: Cərimə…

27 İyul 2026 - 17:37

Azərbaycanda təkrar əkin subsidiyası almaq istəyən fermerlər bu barədə bəyanı avqustun 1-nə qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil...

Netanyahu Trampla ilk növbədə İran məsələsini müzakirə edəcək

Netanyahu Trampla ilk növbədə İran məsələsini müzakirə edəcək

27 İyul 2026 - 17:10

ABŞ lideri Donald Trampla planlaşdırılan görüşü zamanı "gündəlikdəki bütün məsələləri, ilk növbədə isə İranı" müzakirə etmək niyyətindədir. Elchi.az xəbər verir...

Next Post
Xırdalanda yaşayış kompleksində yanğın olub, sakinlər təxliyə edilib

Xırdalanda yaşayış kompleksində yanğın olub, sakinlər təxliyə edilib

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Comments 2

  1. Aygün İsmayılova says:
    10 ay ago

    Qüdrət bəyin dedikləri çox düzgündür. İranın zəngin sərvətləri var, inşallah Məsud Pezeşkian olsa hər şey daha yaxşı olar. Qadınlara qarşı təqiblərin dayandırılması da böyük xəbərdir. Mən də inaniram ki, İran Türk Dövlətləri Təşkilatına üzv olacaq, bu böyük uğur olar.

    Cavabla
  2. Tahir Ələkbərov says:
    10 ay ago

    Çox yaxşı fikir. Qüdrət bəy düz deyir, İranın təbii sərvətləri çoxdu, bəlkə də ona görə belədir. Ali Dini Rəhbər prezidenti dəstəkləsə, doğrudan da İran hər şeydə irəliləyər, buna şübhə yoxdu. Mən də bu fikirdəyəm.

    Cavabla

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Lerikdə əməliyyat: saxlanılan var

Lerikdə əməliyyat: saxlanılan var

27 İyul 2026 - 18:42
İtaliyada etirazlar zamanı 120 polis xəsarət alıb

İtaliyada etirazlar zamanı 120 polis xəsarət alıb

27 İyul 2026 - 18:34
Yeni ekspres marşrut fəaliyyətə başlayır: Gediş haqqı…

Yeni ekspres marşrut fəaliyyətə başlayır: Gediş haqqı…

27 İyul 2026 - 18:25
Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

27 İyul 2026 - 18:12
Husiçilər Səudiyyə Ərəbistanının neft obyektlərinə PUA hücumu etdiklərini bildirdilər

Husiçilər Səudiyyə Ərəbistanının neft obyektlərinə PUA hücumu etdiklərini bildirdilər

27 İyul 2026 - 17:56
ABŞ “Patriot” və “THAAD” komponentlərinin istehsalını genişləndirəcək

ABŞ “Patriot” və “THAAD” komponentlərinin istehsalını genişləndirəcək

27 İyul 2026 - 17:49
Nazirlikdən fermerlərə xəbardarlıq: Cərimə…

Nazirlikdən fermerlərə xəbardarlıq: Cərimə…

27 İyul 2026 - 17:37
Səudiyyə Ərəbistanı neft obyektlərinə doğru uçan PUA-ları vurub

Səudiyyə Ərəbistanı neft obyektlərinə doğru uçan PUA-ları vurub

27 İyul 2026 - 17:25
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi

Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi

27 İyul 2026 - 17:17
Netanyahu Trampla ilk növbədə İran məsələsini müzakirə edəcək

Netanyahu Trampla ilk növbədə İran məsələsini müzakirə edəcək

27 İyul 2026 - 17:10
Tehrandan Moskvaya mesaj: Əraqçı Xəzərdəki hücumu Lavrovla müzakirə etdi

Tehrandan Moskvaya mesaj: Əraqçı Xəzərdəki hücumu Lavrovla müzakirə etdi

27 İyul 2026 - 16:59
MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yaydı

MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yaydı

27 İyul 2026 - 16:45
Rusiya Xəzər dənizində baş verənlərə görə xəbərdarlıq etdi

Rusiya Xəzər dənizində baş verənlərə görə xəbərdarlıq etdi

27 İyul 2026 - 16:37
Mopedlər də texniki baxışdan keçəcək

Mopedlər də texniki baxışdan keçəcək

27 İyul 2026 - 16:29
Bakıda dənizdə batma təhlükəsi olan 3 nəfər xilas edildi: 13 yaşlı qızın meyiti sudan çıxarıldı

Bakıda dənizdə batma təhlükəsi olan 3 nəfər xilas edildi: 13 yaşlı qızın meyiti sudan çıxarıldı

27 İyul 2026 - 16:21
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.