ABŞ dövlət katibi Mark Rubio bildirib ki, federal hökumətin qismən bağlanması Vaşinqtonun beynəlxalq münasibətlərdə mövqeyini zəiflədir və ABŞ-ın təhlükəsizliyini təhdid edir.
Elchi.az xəbər verir ki, Rubio bu barədə X sosial şəbəkəsində yazıb.
“Konqresdəki demokratlar hökuməti bağlamaq qərarına gəliblər. Onların partiya maraqlarının diktə etdiyi hərəkətləri Amerikanın dünya səhnəsindəki mövqeyini pozur və milli təhlükəsizliyi təhdid edir”, – deyə ABŞ dövlət katibi yazıb.
ABŞ federal hökuməti maliyyə çatışmazlığı səbəbindən oktyabrın 1-də gecə yarısı qismən fəaliyyətini dayandırıb. Bu, ABŞ Konqresində hakim Respublikaçı və müxalif Demokratik partiyaların nümayəndələrinin səhiyyə də daxil olmaqla bir sıra xərc maddələri ilə bağlı razılığa gələ bilməmələri səbəbindən baş verib. Onlar bir-birini siyasi məqsədlər üçün bağlanmanı təhrik etməkdə və uzatmaqda ittiham edirlər.
ABŞ qanunlarına görə, federal hökumətin maliyyələşdirməsinin dayandırılması halında milli təhlükəsizlik və xarici siyasət fəaliyyətlərinə cavabdeh olan departamentlər və agentliklər öz fəaliyyətini davam etdirməlidir. Oxşar tələblər vəzifələri həyat və əmlakın qorunmasına yönəlmiş dövlət işçilərinə də şamil edilir.
Belə şəraitdə işləməyə məcbur olan həmin dövlət işçiləri maaş almırlar, lakin adətən vəsaitin alınması məsələsi həll olunandan sonra verilir.
Yeganə






















Rübionun dediyi kimi, hökumətin bağlanması böyük problemdir. Əsil thlksizliyə yol açır. Buna görə də amerikalılar özləri qərarlarını düzgün verməlidirlər. Bu işləri daha tez həll etmək lazımdı.
Rubio tam haqlıdır. Hökumətin bağlanması doğrudan da ölkənin mövqeyini zəiflədir. Siyasətçilər belə şeyləri düşünməlidilər, vətənin xeyrinə işləməlidilər. Ümid edək ki, tezliklə bu vəziyyətdən çıxış yolu tapacaqlar.
Müəllif çox düz deyir, əslindən belə şeylər olmamalıdı. Elə bu təhlükəsizlik meselesi çox narahat eliyir adamı. Ölkənin belə vəziyyətdə olması heç yaxşı deyil, ümid edək ki, tezliklə bu problem həll olunar.