Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov italiyalı həmkarı Quido Krosettoya başsağlığı verib.
Elchi.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Latsio regionundakı Çirçeo Milli Parkı yaxınlığında təlim uçuşları zamanı İtaliya Hərbi Hava Qüvvələrinin 70-ci Aviasiya alayına məxsus “T-260B” tipli təyyarənin qəzaya uğraması nəticəsində iki hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.
Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin”, – başsağlığında bildirilib.
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb
Ötən həftə Hörmüz boğazından keçən tankerlərə edilən hücumların sayı İranla müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb. Elchi.az "Reuters" agentliyinə...





















