"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

İlham Əliyev Kralı təbrik etdi

23 Sentyabr 2025 - 11:33
in SİYASƏT
FacebookVatsap

Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səudu ölkənin milli bayramı münasibətilə təbrik edib.

Bunu da oxuyun

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib

Elchi.az təbrikin mətnini təqdim edir:

“Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq Elan Edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Qardaş xalqlarımızı birləşdirən ortaq mənəvi dəyərlər, dini-mədəni köklər və möhkəm dostluq Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrini şərtləndirən başlıca amillərdəndir. Etibarlı tərəfdaşımız olan Səudiyyə Ərəbistanı ilə qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin bugünkü səviyyəsi bizi sevindirir.

Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi gündən-günə genişlənir və yeni məzmunla zənginləşir. İqtisadiyyat, ticarət, sənaye, investisiya, alternativ və bərpaolunan enerji, yaşıl keçid və digər sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmində olduğumuzu bildirirəm.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında enerji sahəsində əməkdaşlıq inkişaf edərək yeni müstəviyə çıxmışdır. Qardaş ölkənizin aparıcı “ACWA Power” şirkətinin Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirdiyi fəaliyyətini, xüsusilə də Qafqaz regionunun ən böyük külək elektrik stansiyası olacaq Xızı-Abşeron külək elektrik stansiyasının tikintisini yüksək qiymətləndirirəm. Bu layihə Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin şaxələndirilməsində əhəmiyyətli rol oynayır. Eyni zamanda OPEC+ çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığımızın mövcud səviyyəsi təqdirəlayiqdir.

Ölkələrimizin beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığını təqdir edir, gələn il Azərbaycanda İƏT-in Zirvə Görüşünün keçiriləcəyini məmnunluqla qeyd edirəm.

Əminəm ki, zəngin mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığından güc alan Azərbaycan-Səudiyyə Ərəbistanı dövlətlərarası əlaqələri və əməkdaşlığı həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Previous Post

Ukraynada Azov qalmaqalı, kartel üzvləri orduya cəlb edildi

Next Post

İran, Azərbaycan və Rusiya arasında üçtərəfli görüş keçiriləcək

Bənzər yazılar

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

29 Sentyabr 2026 - 17:58

Sentyabrın 29-da Moskva şəhərində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə Rusiya Federasiyası Ali Məhkəməsinin sədri İqor Krasnov arasında görüş keçirilib....

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib

29 Sentyabr 2026 - 16:25

Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə...

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib

29 Sentyabr 2026 - 14:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. Elchi.az xəbər verir ki, bu barədə Prezidentin...

Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib

Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib

29 Sentyabr 2026 - 12:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev dünyada,...

Next Post
İran, Azərbaycan və Rusiya arasında üçtərəfli görüş keçiriləcək

İran, Azərbaycan və Rusiya arasında üçtərəfli görüş keçiriləcək

Gələn il Azərbaycanda İƏT-in Zirvə Görüşü keçiriləcək

Gələn il Azərbaycanda İƏT-in Zirvə Görüşü keçiriləcək

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

29 Sentyabr 2026 - 17:58
ABŞ aviadaşıyıcısı oktyabrın 5-də Pxuketə gələcək

ABŞ aviadaşıyıcısı oktyabrın 5-də Pxuketə gələcək

29 Sentyabr 2026 - 17:40
İran generalı: ABŞ əsgərini əsir alan qadınlara ikiqat mükafat veriləcək

İran generalı: ABŞ əsgərini əsir alan qadınlara ikiqat mükafat veriləcək

29 Sentyabr 2026 - 17:34
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

29 Sentyabr 2026 - 17:27
“Sabah” “Qarabağ”ı “Dalğa Arena”da qəbul edəcək

“Sabah” “Qarabağ”ı “Dalğa Arena”da qəbul edəcək

29 Sentyabr 2026 - 17:15
Hindistan şirkəti Azərbaycanda 117,7 milyon dollarlıq layihə həyata keçirəcək

Hindistan şirkəti Azərbaycanda 117,7 milyon dollarlıq layihə həyata keçirəcək

29 Sentyabr 2026 - 17:08
Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

29 Sentyabr 2026 - 16:56
AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

29 Sentyabr 2026 - 16:44
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

29 Sentyabr 2026 - 16:37
Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib

29 Sentyabr 2026 - 16:25
Sabah yağıntılar kəsiləcək

Sabah yağıntılar kəsiləcək

29 Sentyabr 2026 - 16:17
Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

29 Sentyabr 2026 - 16:04
Roma Papasından Rusiya və Ukraynaya MÜRACİƏT

Roma Papasından Rusiya və Ukraynaya MÜRACİƏT

29 Sentyabr 2026 - 16:00
“Azərpambıq” ixrac gəlirlərini 77 %-ə yaxın artırıb

“Azərpambıq” ixrac gəlirlərini 77 %-ə yaxın artırıb

29 Sentyabr 2026 - 15:52
İnfantino Hövsanda inşa olunan meydançalara baxış keçirib

İnfantino Hövsanda inşa olunan meydançalara baxış keçirib

29 Sentyabr 2026 - 15:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.