BMT-nin baş katibi Antonio Quterreş fələstinlilər üçün dövlət qurmağın mükafat deyil, haqq olduğunu bildirərək, “Dövlət qurmaqdan imtina etmək dünyanın hər yerindəki ekstremistlərə hədiyyə olardı” deyib.
Elchi.az xəbər verir ki, Quterreş BMT Baş Assambleyasında keçirilən “Fələstin probleminin sülh yolu ilə həlli və iki dövlətli həllin həyata keçirilməsinə dair yüksək səviyyəli beynəlxalq konfrans”da çıxış edib.
ABŞ-ın Fələstin nümayəndə heyətinə viza verməməsindən məyus olduğunu bildirən Quterreş, “Gəlin illüziyalara qapılmayaq. İsrail-Fələstin münaqişəsi nəsillər boyu həll olunmamış qalıb. Dialoq dalana dirənib. Qətnamələrə məhəl qoyulmayıb. Beynəlxalq hüquq pozulub” deyib. Quterreş Fələstindəki vəziyyətin dözülməz olduğunu və saat keçdikcə daha da pisləşdiyini vurğulayaraq dedi:
“Bu gün biz bu kabusdan yeganə çıxış yolunu tapmaq üçün buradayıq: İsrail və Fələstinin iki müstəqil, suveren və demokratik dövlət kimi yan-yana yaşadığı, 1967-ci ildən əvvəlki sərhədlərə əsaslanan, etibarlı və tanınmış sərhədlər daxilində, sülh və təhlükəsizlik şəraitində, Qüds hər iki dövlətin paytaxtı olmaqla, beynəlxalq qanunlara, BMT-nin digər müvafiq qətnamələrinə uyğun olaraq iki dövlətli həll”.
Quterreş BMT-yə üzv dövlətlərin bu kontekstdə Fələstin Dövlətini tanımaq üzrə öhdəliklərini alqışlayıb və iki dövlətli həllə dəstəyin artırılmasının vacibliyini vurğulayıb.
Şayəstə Hüseynova





















