Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-ın suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
– Qüdrət bəy, son günlərin ən çox müzakirə olunan mövzularından biri Adnan Əhmədzadənin arxasında kimlərin dayanması barədədir. Sizin fikirlərinizi öyrənmək istərdik.
– Bizim onun həbsi barədə qənaətlərimiz yalnız mətbuatda yayılan məlumatlar və həyat yoldaşının sosial şəbəkədə paylaşdığı quran ayələrinə əsaslanır. Bu barədə hələ heç bir rəsmi məlumat yoxdur. Məsələnin geniş ictimai rezonans doğurmasının səbəbi isə söhbətin ölkənin imicindən və iqtisadi təhlükəsizliyindən getməsi səbəbindəndir.
İnanıram ki, DTX cinayət işinin istintaqının obyektiv aparılmasını təmin edəcək və bu işdə təqsiri olanlar qanun qarşısında cavab verəcək. Amma onu da demək istəyirəm ki, Adnan Əhmədzadənin yaxın münasibətlərdə olduğu şəxslərin hamısının bu cinayət hadisəsində iştirakını düşünmək və bu barədə danışmaq da çox ədalətsiz və qərəzli yanaşma olardı. Başqa kimlərin rolu olubsa istintaq bunu aydınlaşdıraq. Bir də təqsirsizlik prizumpsiyası var, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmayana qədər heç kimi cinayətkar adlandırmaq olmaz, istintaqla məsuliyyətə cəlb olunmuş şəxsləri təqsirləndirilən şəxs adlandırmalıyıq.
– Qüdrət bəy, necə olur ki, belə ağır cinayətlər baş verir və uzun müddət davam edə bilir?
– Qanunun aliliyinin təmin olunduğu inkişaf etmiş ölkələrdə də bu tipli ağır cinayətlər baş verir, amma onların ifşa olunması daha tez baş verir. Biz cəzanın labüdlüyü prinsipini tam təmin edə bilməmişik. İnsanlar düşünürlər ki, onlar hansısa yolla məsuliyyətdən yaxa qurtara biləcəklər. İkincisi, parlamentin, medianın və qeyri-hökumət təşkilatlarının ölkəmizdə nəzarətin və şəffaflığın təmin olunması istiqamətindəki fəaliyyəti də yetərli deyil. Parlamentin birbaşa büdcə vəsaitlərinin xərclənməsinə, dövlət müəssiələrinin maliyyə fəaliyyətinə nəzarət etmək hüququ qanunla nəzərdə tutlmayıb. Deputatların kommersiya sirlərinə çıxışı belə qanunla qadağan olunub. Ona görə böyük özəlləşdirməyə getmədən və kompleks məhkəmə-hüquq və dövlət idarəetməsi ilə əlaqədar islahatlar aparmadan bu cür cinayətlərə qarşı effektli mübarizə təşkil etmək və vaxtında cinayətkarları ifşa etmək, çox çətin bir vəzifə olaraq qalacaq.
– Hakimiyyətdaxili qruplaşmalar və intriqalr barədə deyilənlərə münasibətiniz necədir?
– Ən inkişaf etmiş cəmiyyətlərdə də bu kimi hallara rast gəlinir. Amma bunun nəzarətdən çıxmasına imkan vermək olmaz. Zaman-zaman biz müşahidə etmişik ki, hakimiyyətdə kimlərsə ətrafında QHT nümayəndələrini, mətbuatı, deputatları, ayrı-ayrı partiyaları, yaxud partiya funksionerlərini cəmləyib özünü böyük güc kimi təqdim edib hakimiyyətdə mövqelərini gücləndirmək, Prezidenti onunla hesablaşmağa məcbur etmək, xoşlamadıqlarını ləkələyib hakimiyyətdən qovmaq kimi böyük iddialara düşüblər. Yaxud kimlərsə Prezidenti müdafiə etmək üçün hər cür fədakarlığa hazır olan adamları müxtəlif vasitələrlə özündən asılı vəziyyət salmaq, əmlaklarını ələ keçirmək və ya daha böyük iddialara düşüblər. Müəyyən bir zaman kəsiyində buna nail olsalar da, sonda onların heç birinin, nə təşkilatçıların, nə bu oyunlara qoşulanların aqibəti yaxşı olmayıb. Amma tarix öyrədir ki, o heç nə öyrətmir.
İdarəetmədə islahatlar həm də bu cür neqativ halların qarşısını almaq üçün zəruridir. Bu cür intriqalardan çox vaxt günahsız insanlar əziyyət çəkir, ölkənin inkişafı ləngiyir.






















Qüdrət Həsənquliyevin fikirləri ilə tam razıyam. Adnan Əhmədzadənin yaxın ətrafındakı hər kəsi günahlandırmaq doğru deyil. Hələ də rəsmi məlumat yoxdur və istintaqın nəticələrini gözləmək lazımdır. Ümid edək ki, haqq-hesab tam yerini tapacaq.
Qüdrət Həsənquliyevin bu mövzudakı fikirləri ilə tam razıyam. Hələlik bütün məlumatlar mətbuatda yayılanlara və bəzi açıqlamalara əsaslanır, bu səbəbdən də hər kəsi təqsirləndirmək doğru deyil. İstintaqın nəticələrini gözləmək və yalnız bundan sonra hökm vermək ən düzgünüdür. Ümid edirəm ki, hüquqi proses obyektiv aparılacaq və kimin günahkar olduğu aydınlaşacaq.
Qüdrət Həsənquliyevin fikirləri ilə tam razıyam. Adnan Əhmədzadənin ətrafındakı hər kəsi günahlandırmaq doğru deyil. Məhkəmə qərarı çıxana qədər heç kimi təqsirli saymaq olmaz. Ümid edirəm ki, istintaq obyektiv aparılacaq.
Qüdrət bəyin fikirlərinə tamamilə razıyam. Adnan Əhmədzadənin işi ilə bağlı ictimaiyyətin narahatlığını başa düşmək olar. DTX-nin obyektiv istintaq aparacağına və qanunsuzluqlara yol verənlərin cəzalandırılacağına inanmaq istərdim. Təqsirsizlik prezumpsiyasına hörmət etmək və kimisə məhkəmə qərarı olmadan günahlandırmamaq vacibdir. Bu məsələlərdə qanunun aliliyinin təmin olunması çox önəmlidir.
Qüdrət bəyin fikirləri ilə tam razıyam. Adnan Əhmədzadənin işi ilə bağlı verilən məlumatlar hələlik tam aydın deyil və hər kəsi günahlandırmaq doğru deyil. İstintaqın obyektiv aparılacağına və günahkarların cəzalandırılacağına inanmaq lazımdır. Təqsirsizlik prezumpsiyası hər zaman nəzərə alınmalıdır.
Qüdrət bəyin bu sözləri ilə tam razıyam, Adnan Əhmədzadənin yaxınlarının hər birini bu işdə günahlandırmaq doğru deyil, bu hələlik istintaq mərhələsindədir. Təqsirsizlik prezumpsiyası pozulmamalıdır. İstintaq hər şeyi aydınlaşdıracaq.