İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanında iki dəfə püskürmə baş verib.
Elchi.az xəbər verir ki, Antara News xəbər verir ki, Semeru vulkanının monitorinq ofisinin rəsmiləri vulkanın eyni gündə iki dəfə püskürdüyünü bildiriblər.
Səlahiyyətlilər, yerli vaxtla səhər saat 5:01-də baş verən püskürmənin təxminən 140 saniyə davam etdiyini, lakin vizual olaraq qeydə alınmadığını bildirdi.
Rəsmilər bildiriblər ki, ilk püskürmədən sonra yerli vaxtla səhər saat 9:28-də 145 saniyə davam edən növbəti püskürmə baş verib. Dağdan püskürən kül təxminən 500 metr yüksəkliyə qalxaraq cənub-qərbə doğru irəliləyirdi.
Səlahiyyətlilər Semeru vulkanının 2-ci Həyəcan Səviyyəsində qaldığını və zirvədən 8 kilometr aralıda yerləşən Besuk Kobokan bölgəsinin cənub-şərq hissəsində bütün fəaliyyətlərin qadağan edildiyini bildirib.
Sakit okeanda zəlzələ və vulkanik zonada yerləşən İndoneziyada təxminən 130 aktiv vulkan var.
Şayəstə Hüseynova






















Son şərhlər