Əfqanıstanın paytaxtı Kabildə sərnişin avtobusunun aşması nəticəsində 25 nəfər ölüb, 27 nəfər yaralanıb.
Elchi.az Tolo News-a istinadən xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Əbdülmetin Kani Kabildə baş verən yol qəzası ilə bağlı açıqlama verib.
Kani bildirib ki, sərnişin avtobusu yoldan çıxaraq aşıb, nəticədə 25 nəfər ölüb, 27 nəfər yaralanıb.
Kani qəzaya səbəb sürücünün səhlənkarlığının olduğunu bildirib.
Rusiya neft emalı zavodlarını məxfiləşdirir
Rusiya prezidenti Vladimir Putin neft emalı zavodlarının fəaliyyəti, enerji ixracı və daşınması haqqında məlumata çıxışı məhdudlaşdırıb. Elchi.az xarici mediaya istinadla...

















