Rusiyaya qarşı sərt məhdudlaşdırıcı tədbirlərin tətbiqi onun iqtisadiyyatının gözlənilən çöküşünə səbəb olmadı ki, bu da Qərb ölkələri üçün ciddi məyusluq oldu.
Elchi.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Müvafiq bəyanat nəşrin Rusiya iqtisadiyyatının vəziyyətini təhlil etdikdən sonra verilib.
“Qərbin sanksiyalarının Rusiya iqtisadiyyatını iflic etməməsi ən davamlı məyusluqlardan birinə çevrildi”, – nəşr yazır.
Bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin öz iqtisadiyyatlarının vəziyyətini pisləşdirən, Rusiyaya ziyan vurmağa çalışan Qərb ölkələrinin hərəkətlərinə münasibət bildirərkən məşhur atalar sözündən istifadə edib.
Yeganə


















