Nyu Yorkda atışma baş verib. Nyu York polisi bir polis məmuru da daxil olmaqla beş nəfərin öldüyünü, üç nəfərin yaralandığını açıqlayıb. Hücum edən şəxs zərərsizləşdirilib.
Elchi.az xəbər verir ki, səlahiyyətlilər Nyu-Yorkun Manhettendə atışma baş verdiyini və bir nəfərin atəş açdığını bildirdi.
Mənbələrin məlumatına görə, hücumda biri polis olmaqla iki nəfər güllələnib.
Nyu York meri Erik Adams sakinlərə xəbərdarlıq edib ki, ərazidən uzaq olsunlar.
FTB direktor müavini Dan Bongino sosial mediada FTB əməkdaşlarının kömək etmək üçün hadisə yerinə gəldiyini açıqlayıb.
Şayəstə Hüseynova


















