Avropa İttifaqı (Aİ) Komissiyası İsrailin elmi araşdırmaları dəstəkləyən Horizon Europe proqramına çıxışının məhdudlaşdırılmasını istəyib.
Elchi.az xəbər verir ki, Aİ Komissiyası İsrailin Horizon Europe-da iştirakını qismən dayandırmaq təklifinin üzv dövlətlərə təqdim edildiyini açıqlayıb.
Bəyanatda qeyd edilib ki, dayandırma xüsusilə İsrail təşkilatlarının Avropa İnnovasiya Şurasının (EIC) Akselerator Proqramı çərçivəsində maliyyələşdirilən fəaliyyətlərdə iştirakına aiddir. Bildirilib ki, “Bu qərar İsrail təşkilatlarının kibertəhlükəsizlik, dronlar və süni intellekt kimi potensial ikili istifadə tətbiqləri ilə pozucu innovasiyalar və inkişaf etməkdə olan texnologiyalar inkişaf etdirən startapları və kiçik biznesləri hədəfləyən EIC Accelerator Proqramında iştirakına təsir edəcək”.
Bəyanatda qeyd olunub ki, dayandırılma Aİ-İsrail Assosiasiya Sazişinin “Tərəflər arasında münasibətlər insan hüquqlarına və demokratik prinsiplərə hörmət əsasında aparılacaq” 2-ci maddəsinə yenidən baxılması nəticəsində baş verib. O, həmçinin qeyd edib ki, bu öhdəliklərə riayət etmək qarşılıqlı əməkdaşlığın fundamental hissəsidir. Bəyanatda qeyd olunub ki, İsrail hərbi əməliyyatları dayandırdığını elan etsə də, Qəzzada vəziyyət ciddi olaraq qalır.
Aİ-nin elmi tədqiqat, texnologiya və innovasiyaları dəstəkləyən Horizon Europe proqramının 2021-2027-ci illər üçün 95,5 milyard avro büdcəsi var.
Dayandırılma EIC, Horizon Europe daxilində 10,1 milyard avroluq proqrama yönəlib.
İsrail isə 2021-ci ildə Aİ-nin Horizon Europe proqramına qoşulub.
Təklifin qüvvəyə minməsi üçün o, Aİ Şurasında üzv dövlətlərin ixtisaslı əksəriyyəti tərəfindən dəstəklənməlidir.
Şayəstə Hüseynova


















