Respublika Baş Dövlət Yol Polisi sürücülərə xəbərdarlıq edib.
ANS TV-nin məlumatına görə, Novruz bayramı ilə əlaqədar istirahət günləri bitən ərəfələrdə rayonlararası və şəhərlərarası yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi və qəzaların baş vermə ehtimalı artır.
Elə buna görə də Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev sürücülərə xəbərdarlıq edib. Onun sözlərinə görə, bayramı qeyd etmək üçün bölgələrə və paytaxta səfər etmiş vətəndaşlar istirahət günlərinin bitməsi ilə əlaqədar əsasən martın 27-28 də geri qayıdacaq.
Ona görə də yollarda sıxlıq yaşanacağı ehtimal olunur. Şöbə rəisi sürücülərə müraciət edərək onlara yollarda maksimum diqqətli olmağı, sürət həddini aşmamağı manevrlər edərkən ehtiyatlı olmağı tövsiyə edir. Elə ekspertlər də baş verə bədbəxt hadisələrin qarşısının alınması üçün sürücülərə sükan arxasında tələsməməyi məsləhət görürlər.
Avtoekspert Ərşad Hüseynov avtomobili idarə edərkən təhlükəsizliyə əməl etməyi məsləhət gördü.
Bölgələrdən geri və ya əksinə qayıdan vətəndaşlar üçün nəqliyyat vasitələrinin sayı artırılıb.
Yol polisi kimi Nəqliyyat Nazirliyi də istirahət günlərinin bitməsi ilə əlaqədar paytaxta axının çox olacağını nəzərə alaraq öz növbəsində nəqliyyat vasitələrinin sayını artırıb. Məqsəd vətəndaşların gediş gəlişində heç bir problemin qeydə alınmamasıdır.
NN-in mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirdi ki, xəttə buraxılan avtobusların sayı artırılacaq. Məqsəd- rayonlara sərnişinlərin gediş- gəlişini asanlaşdırmaqdır.
Hər iki qurum qeyri -iş günləri bitənədək gücləndirilmiş iş rejimində çalışacaq. Nəqliyyat Nazirliyində bununla bağlı xüsusi qərargah, Respublika Baş Dövlət Yol Polisi İdarəsində isə növbəli şəkildə iş rejimi təşkil olunub.
Paşinyan etirazlara görə istefa verməyə hazırlaşmır. Elchi.az xəbər verir ki, o, bu barədə bugünkü mətbuat konfransında bildirib. Ermənistanın Baş naziri...
Mayın 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasına rəsmi səfər edib. Bu barədə Elchi.az-a Nazirlər Kabinetindən xəbər verilib.
Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...
Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...