“Vladimir Putin kimi liderimiz olduğu müddətdə Rusiya narahat olmamalıdır”.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, bu sözləri Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Putinin andiçmə mərasimindən sonra jurnalistlərlə söhbətində deyib.
“Bizim belə bir liderimiz olduğu halda narahat olmaq üçün heç bir şey yoxdur, ona görə də mən qətiyyən narahat deyiləm”, – deyə Kadırov bildirib.
Bundan əlavə, o, bütün rusları, eləcə də dünya ictimaiyyətini təbrik edib ki, dünyada istənilən millətin və dinin müdafiəsinə qalxa bilən lider var.
Yeganə