Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa dəstəyini davam etdirəcək.
Elchi.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
“Biz qərarlıyıq, Əhməd əl-Şərəanı Suriyada tək qoymayacağıq. Suriyanın parçalanmasını istəmirik, Suriyanın bərpasını ölkəmiz üçün müsbət amil kimi görürük. Çünki Suriyanın bərpası onun bizimlə münasibətlərinə də müsbət təsir edəcək”, – deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyə suriyalı qaçqınların vətənlərinə qayıtmasına köməklik etməyə davam edəcək: “Bizimlə birlikdə olan suriyalıların öz ölkələrinə könüllü dönüşünün başladığını görürük.
Biz qaçqınların könüllü qayıtması prosesini sürətləndirmək üçün hər cür dəstəyi verəcəyik. Suriyalı qaçqınların vətənlərinə qayıtması qonşu ölkədə sabitliyə töhfə verəcək. Qayıdış prosesini sürətləndirməklə biz Suriyadakı vəziyyətin tez bir zamanda normallaşmasını və Cənubumuzun təhlükəsizliyini təmin etməyi istəyirik”.
Yeganə


















