ABŞ Prezidenti Donald Trampın kripto-dostluq siyasəti korporasiyalardan tələbi artırdığı üçün bitkoinin qiyməti yeni rekordlar qıraraq 122.000 dolları ötüb.
Elchi.az xəbər verir ki, Coinmarketcap analiz firmasının məlumatlarına görə, Bitcoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində təxminən 3,18 faiz artaraq 3,8 trilyon dollara çatıb.
Ən böyük kriptovalyuta olan bitkoin də cümə günü bütün zamanların rekordunu qıraraq 122.000 dolları keçib. Bitkoinin qiyməti son 24 saat ərzində təqribən 3,64 faiz artaraq, saat 10:20-də 122,190 dollara satılıb, bitkoinin həftəlik qazancı 12,30 faiz olub.
Bazar kapitallaşmasına görə ikinci yerdə qərarlaşan kriptovalyuta Ethereum da 2,20 faizdən çox dəyər qazanaraq 3025 dollara çatıb. Analitiklər qeyd ediblər ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu il faiz dərəcələrini aşağı salacağına dair gözləntilər və bitkoin ticarət qaydalarının yumşaldılacağına dair son fərziyyələr qlobal bazarlarda risk iştahını artırıb.
Analitiklər həmçinin Trampın kriptovalyuta tərəfdarı yanaşmasının bazarlarda müsbət qarşılandığını və kriptovalyutalara investisiya edən şirkətlərin sayının artdığını qeyd ediblər.
Analitiklər həmçinin qeyd ediblər ki, artan sayda açıq şirkətlər gözlənilən qiymət artımlarından faydalanmaq üçün Bitcoin alırlar.
Şayəstə Hüseynova

















