"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Qaba güc tərəfdarları Ermənistanla sülh sazişi imzalamağımızı istəmirlər”-Qüdrət Həsənquliyev

29 İyun 2025 - 12:56
in MANŞET

qudret

FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Bunu da oxuyun

Lukaşenko: “Müharibədən qaçmağa çalışırıq, lakin hazır olmalıyıq”

“Çətindir, heç yatmıram” – Zelenski göz yaşlarına boğuldu

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Elchi.az müsahibəni təqdim edir:

– Qüdrət bəy, Rusiyada azərbaycanlıların qətlə yetirilməsi əhali arasında böyük hiddətə səbəb olub. Azərbaycan Xarici İşlər Nazirliyi bu cinayət hadisəsi ilə əlaqədar Rusiyaya öz etirazını bildirib və cinayətkarların cəzalandırılmasını tələb edib. Sizin münasibətinizi bilmək istərdik, Rusiya niyə belə davranır?

– Açıq-aşkar görsənir ki, işgəncə verməklə insanların vəhşicəsinə qətlə yetirilməsi hansısa dairələr tərəfindən sanksiyalaşdırılıb. Məqsəd azərbaycanlılar arasında qorxu yaratmaq, Azərbaycanı aşağılamaqla dövlətlərarası münasibətlərə ziyan vurmaqdır. Rusiyada Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən və Rusiya Prezidentinin Ermənistan tərəfdən 44 günlük savaşa qatılmamasından narazı qalan qüvvələr var. Həmin dairələr Azərbaycanın Rusiya ilə dostluq münasibətlərinə, rus dilinə böyük önəm verməsini düzgün qiymətləndirə bilmirlər, bunu bizim zəifliyimiz kimi qəbul edirlər. Bölgədə öz varlıqlarını yalnız hərbi iştirakda görən bu qaba güc tərəfdarları bizim Ermənistanla sülh sazişi imzalamağımızı da istəmirlər. Zatulin kimilər açıq formada bəyan edirlər ki, münaqişənin sülh müqaviləsi ilə başa çatması Rusiyanın tərəflərə təsir imkanlarını itirməsinə səbəb ola bilər. Həmin dairələr bu ağır qətli sifariş etməklə həm də Azərbaycana ismarıc göndərmək istəyirlər ki, azərbaycanlıları Rusiyadan qovub, Azərbaycanda müəyyən sosial gərginlik yarada bilərik. Həm də zorakılığa məruz qalanların ifadələri ilə təsdiq olunur ki, bu yolla azərbaycanlıları qorxudub sındırmaqla, onları müharibəyə aparmaq istəyirlər. Konstitusiyamızın 31-ci maddəsinin 4-cü hissəsində düzünə göstəriş var ki, Azərbaycan Respublikasının vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ var. Heç bir əsasla bu hüquqdan istifadə məhdudlaşdırıla bilməz. Quru yolla vətəndaşlarımızın vətənlərinə qayıtmalarına icazə verməməyimizdən istifadə edən Rusiya, onları mənən sındırıb müharibəyə göndərir. Mən iqtidarı növbəti dəfə vətəndaşlarımızın ölkəyə girişini məhdudlaşdırmamağa çağırıram.

– 44 günlük savaşdan sonra Rusiya-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edirdi, nə baş verdi ki, Rusiyanın mövqeyi bu formada dəyişdi?

– Görünür Rusiya ya Azərbaycanı hansısa qərarların qəbulundan çəkindirmək, yaxud hansısa qərarlar qəbul etməyə məcbur etmək və ya qəbul olunmuş hansısa qərara görə cəzalandırmaq istəyir.

– Azərbaycan hakimiyyətinə hansısa qərarları qəbul etdirmək üçün işgəncələr verməklə azərbaycanlıların qətlə yetirilməsi terror aktı deyilmi?

– Ona görə DTX və ya Baş Prokurorluq Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq) maddəsi ilə cinayət işi başlamalı və təqsirli şəxsləri beynəlxalq axtarışa verməlidir. Eynilə Qroznı üzərində sərnişin təyyarəsini vuranları da.

– Daha çox ağlabatan hansı fərziyyələr ola bilər?

– Azərbaycanı Rusiyanın liderliyi ilə yaradılmış qurumlara üzv olmağa məcbur etmək, yaxud Ermənistanla münasibətləri yaxşılaşdırmaq istəyən Türkiyəyə bu istiqamətdə mane olmamağımız. Təzyiqlər həm də Azərbaycanın xarici siyasəti ilə əlaqədar ola bilər. Məsələn, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyimiz və həmin ölkəyə humanitar yardım etdiyimiz üçün bizi “cəzalandırmaq” məqsədilə də bu edilə bilər və s.

– İranın İsrail dronlarının Azərbaycan üzərindən İrana zərbələr endirməsinə dair “məlumatların” Azərbaycan tərəfindən araşdırılmasının zəruriliyi barədə açıqlamasını necə qarşıladınız?

– Bu absurd bir açıqlamadır. Azərbaycan dəfələrlə bəyan edib ki, bizm hər hansı dövlətlə əməkdaşlığımız üçüncü dövlətə qarşı yönəlməyib və Azərbaycan heç vaxt imkan verməz ki, azərbaycanlıların da vətəni olan İrana bizim ərazimizdən kimsə istifadə edərək zərbə endirsin. Biz, İsrailin hücumlarını pislədik, münaqişənin danışıqlar yolu ilə həllinin vacibliyini vurğuladıq. İsrail bizim dostumuz olsa da, biz, dostlarımızı onlar haqlı olanda müdafiə edirik. İran yaxşı olar ki, bir daha İsraili məhv edəcəyini söyləməsin, İsrail və ABŞ ilə barış üçün səy göstərsin, təcili ölkə daxilində islahatlara başlasın. Həmişə deyirəm ki, Pezeşkian İranın dinc inkişafı üçün bəlkə də son şansdır.
İran özü araşdırmalıdır ki, niyə onun vətəndaşları bu qədər geniş formada İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib? İranın hərbi obyektlərinə zərbələr endirən dronların çoxu İran ərazisində yığılıb və İran ərazisindən də zərbələr endirilib. Axı, İran islam dövlətidir və dinimizə görə vətəni qorumaq imandandır. Bunun sadə cavabı bu atalar misalındadır-“acın imanı, toxun amanı olmaz”.

Previous Post

Bakıda kanalizasiyaya düşən gəncin meyiti tapıldı

Next Post

Yekaterinburqda baş verənlər idarə olunan kampaniyanın tərkib hissəsidir

Bənzər yazılar

Lukaşenko: “Müharibədən qaçmağa çalışırıq, lakin hazır olmalıyıq”

Lukaşenko: “Müharibədən qaçmağa çalışırıq, lakin hazır olmalıyıq”

22 Oktyabr 2026 - 18:04

Qərb istiqamətində müharibə nə Minskə, nə də Moskvaya lazımdır, lakin hər iki ölkə ehtimal olunan münaqişəyə hazır olmalıdır. Elchi.az xəbər...

“Çətindir, heç yatmıram” – Zelenski göz yaşlarına boğuldu

“Çətindir, heç yatmıram” – Zelenski göz yaşlarına boğuldu

22 Oktyabr 2026 - 16:00

Kiyev rejiminin lideri Volodimir Zelenski britaniyalı iş adamı və aparıcı Stiven Bartlettlə müsahibə zamanı göz yaşları töküb. Elchi.az xəbər verir...

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

21 Oktyabr 2026 - 19:53

Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir ki, telefon...

İğtişaşlara görə Milana 500 hərbçi yönəldilib

İğtişaşlara görə Milana 500 hərbçi yönəldilib

21 Oktyabr 2026 - 17:15

Milan hakimiyyəti gənclərin iğtişaşlar törətdiyi şəhərə 500 hərbçinin göndərilməsini məmnunluqla qarşılayıb. Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş fərmana əsasən, onlar həbs etmək...

Next Post

Yekaterinburqda baş verənlər idarə olunan kampaniyanın tərkib hissəsidir

Bu günün valyuta məzənnələri

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub

2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub

23 Oktyabr 2026 - 10:24
Narkotiklərlə əlaqəli 13, silahla bağlı 6 fakt müəyyən edildi

Narkotiklərlə əlaqəli 13, silahla bağlı 6 fakt müəyyən edildi

23 Oktyabr 2026 - 10:13
“Milan” 3 il sonra avrokuboklarda antirekordunu təkrarladı

“Milan” 3 il sonra avrokuboklarda antirekordunu təkrarladı

23 Oktyabr 2026 - 09:58
Gələn il Azərbaycanın 67 şəhər və rayonuna dotasiya nəzərdə tutulmur

Gələn il Azərbaycanın 67 şəhər və rayonuna dotasiya nəzərdə tutulmur

23 Oktyabr 2026 - 09:49
Əmtəə bazarlarında qızıl və gümüşün ucuzlaşması davam edir

Əmtəə bazarlarında qızıl 4000 dollar civarında ticarət olunur

23 Oktyabr 2026 - 09:28
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

23 Oktyabr 2026 - 09:15
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

22 Oktyabr 2026 - 23:16
Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

22 Oktyabr 2026 - 23:14
Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

22 Oktyabr 2026 - 23:09
Ukrayna müharibədən sonra təhlükəsizlik təminatlarının üç variantını nəzərdən keçirir

Ukrayna müharibədən sonra təhlükəsizlik təminatlarının üç variantını nəzərdən keçirir

22 Oktyabr 2026 - 23:07
Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib

Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib

22 Oktyabr 2026 - 21:20
Azərbaycanın 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olması üzrə uzunmüddətli strategiya təsdiqlənib

Azərbaycanın 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olması üzrə uzunmüddətli strategiya təsdiqlənib

22 Oktyabr 2026 - 21:18
ABŞ və Danimarka dənizçilik sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar

ABŞ və Danimarka dənizçilik sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar

22 Oktyabr 2026 - 21:16
Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib

Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib

22 Oktyabr 2026 - 20:14
Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub

22 Oktyabr 2026 - 20:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.