"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Yekaterinburqda baş verənlər idarə olunan kampaniyanın tərkib hissəsidir

29 İyun 2025 - 20:55
in SİYASƏT

resadmahmud

FacebookVatsap

Son dövrlərdə Rusiya Federasiyasında müşahidə olunan daxili proseslər bu ölkənin dövlət siyasətində milli ayrı-seçkiliyin, şovinizmin və sistemli diskriminasiyanın dərin kök atdığını bir daha təsdiqləyir. Xüsusilə də Yekaterinburqda azərbaycanlıların yaşadığı ünvanlara Federal Təhlükəsizlik Xidməti tərəfindən təşkil olunan basqınlar artıq sıradan hüquq-mühafizə tədbiri kimi yox, məqsədli və idarə olunan kampaniyanın tərkib hissəsi kimi dəyərləndirilməlidir.
Bu hadisələr Rusiyanın hazırda üzləşdiyi struktur böhranların – hərbi, demoqrafik və siyasi – miqrantlar və etnik azlıqlar üzərindən kompensasiya olunması cəhdini ortaya qoyur. Ukrayna ilə müharibədə ciddi itkilər verən və insan resursu qıtlığı yaşayan Kreml indi miqrantları müxtəlif formada – hədə, şantaj, yalan vəd və zorakılıq yolu ilə hərbi xidmətə cəlb edir. Bu proseslərin arxa planında qeyri-rus əhali üzərində basqının dövlət səviyyəsində sistemləşdirilməsi dayanır.
Miqrantlar narkotik ittihamları, törətmədikləri cinayətlərlə şərlənmə, ailə üzvləri ilə təhdid olunma kimi alçaldıcı üsullarla “seçim qarşısında” qoyulur: ya müharibəyə gedəcəksən, ya da həbs olunacaqsan. Müharibəyə cəlb olunan şəxslər isə vəd edilən kompensasiyalardan məhrum edilir, sağ qayıtdıqdan sonra yenidən eyni mexanizmlə şantaja məruz qalırlar. Bu cür metodların tətbiqi artıq fərdi hallar deyil, strukturlaşdırılmış kampaniyanın bir parçasıdır.
Rusiya vətəndaşı olan qeyri-rus mənşəli şəxslər – tatarlar, başqırdlar, qafqazlılar, Orta Asiya və türksoylu icmalar – eyni təzyiq və diskriminasiya ilə üz-üzədir. Bu mənzərə artıq regional miqyas alıb. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin bu yaxınlarda səsləndirdiyi etiraflar da problemin dövlət səviyyəsində bilindiyini, lakin aradan qaldırılmadığını göstərir.
Bu kontekstdə Azərbaycana qarşı münasibət ayrıca təhlil olunmalıdır. Azərbaycan hələ də 2024-cü ildə mülki təyyarəsinin vurulması məsələsini xatırlayır. Rusiya bu insidentə münasibətdə passiv mövqe sərgiləyərək, həm hüquqi, həm də siyasi baxımdan etimad mühitinə xələl gətirib. 
Digər narahatedici məsələ Azərbaycanın informasiya resurslarına qarşı həyata keçirilən kiberhücumdur. Milli Məclisin müvafiq komissiyasının hesabatına görə, bu hücumların arxasında Rusiya mənşəli texniki və siyasi dayaqların olduğu açıq şəkildə göstərilib. Eyni zamanda, Həştərxanda keçirilən tədbirə dəvət alan azərbaycanlı millət vəkilinin Rusiya ərazisinə buraxılmaması bu ölkədə Azərbaycana qarşı sistemli siyasi münasibətin göstəricisidir.
Rusiya daxilində islamofobiyanın artması da ciddi narahatlıq doğurur. Ənənəvi olaraq digər xalqlara qarşı şovinist münasibət göstərən Kreml bu tendensiyanı indi müsəlman icmalarına qarşı da yönəltməyə başlayıb. Vladimir Solovyov kimi Kremlə yaxın mediada çalışan fiqurların açıq anti-Azərbaycan çıxışları yalnız fərdi fikirlər deyil, Kremlin icazəsi və ya təlimatı ilə yönləndirilən rəsmi ritorikanın tərkib hissəsi kimi çıxış edir.
Rusiyanın bu siyasəti onu göstərir ki, ölkə daxilində ciddi narazılıq və iqtisadi böhran fonunda yeni “düşmən obrazları” formalaşdırılır – Qərbin ardınca müsəlman xalqlar, qeyri-ruslar, xüsusilə də postsovet coğrafiyasından olan icmalar hədəfə alınır. Bu, həm də imperiya zehniyyətinin növbəti təzahürüdür.
Cənubi Qafqazla bağlı Moskvadan qaynaqlanan gərginlik də bu strategiyanın tərkib hissəsidir. Ermənistanda Koçaryan, Sarkisyan və digər Moskvayönlü siyasi qüvvələrin revanşist ritorikalarının artması təsadüfi deyil. Bu ritorika təkcə daxili siyasi mübarizə vasitəsi deyil, həm də regionda yeni münaqişə ocaqlarının yaradılması üçün siyasi zəminin hazırlanmasıdır. Məqsəd aydındır: Cənubi Qafqazı yenidən qeyri-sabitlik və müharibə arenasına çevirmək.
Bu vəziyyət Azərbaycana strateji soyuqqanlılıq, ardıcıl diplomatik fəaliyyət və regional balans siyasətinin daha da gücləndirilməsi zərurətini diktə edir. İstər informasiya təhlükəsizliyi, istərsə də beynəlxalq tribunalarda hüquqi təqib baxımından Rusiya ilə münasibətlərdə real təhlükə balansı yaradılmalı, suverenliyə qarşı atılan hər addıma adekvat cavablar verilməlidir.

Bunu da oxuyun

Dövlət başçısı İlham Əliyev Sloveniya Prezidentini təbrik edib

İyulda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ

Azərbaycan və Seneqal nümayəndələri parlamentlərarası əlaqələrin inkişafını müzakirə ediblər

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı

Previous Post

“Qaba güc tərəfdarları Ermənistanla sülh sazişi imzalamağımızı istəmirlər”-Qüdrət Həsənquliyev

Next Post

Bu günün valyuta məzənnələri

Bənzər yazılar

Prezident: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan mühüm iştirakçıya çevrilib

Dövlət başçısı İlham Əliyev Sloveniya Prezidentini təbrik edib

25 İyun 2026 - 11:24

Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrik məktubunda deyilir: "Hörmətli...

İyulda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ

İyulda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ

25 İyun 2026 - 11:00

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu...

Azərbaycan və Seneqal nümayəndələri parlamentlərarası əlaqələrin inkişafını müzakirə ediblər

Azərbaycan və Seneqal nümayəndələri parlamentlərarası əlaqələrin inkişafını müzakirə ediblər

24 İyun 2026 - 20:43

Milli Məclisin deputatları İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası çərçivəsində ölkəmizdə səfərdə olan Seneqal Milli...

Prezident: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan mühüm iştirakçıya çevrilib

İraq Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb

24 İyun 2026 - 19:13

İraq Respublikasının Prezidenti Nizar Amidi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: “Əs-səlamu əleykum və...

Next Post

Bu günün valyuta məzənnələri

Yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Son 24 saatda 4 böyük zəlzələ: Dünyanın müxtəlif yerlərində ardıcıl təkanlar

Son 24 saatda 4 böyük zəlzələ: Dünyanın müxtəlif yerlərində ardıcıl təkanlar

25 İyun 2026 - 11:56
Azərbaycan və Polşa XİN rəhbərləri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə etdilər

Azərbaycan və Polşa XİN rəhbərləri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə etdilər

25 İyun 2026 - 11:43
Tramp Böyük Britaniyanın baş nazir namizədini qiymətləndirdi

Tramp Böyük Britaniyanın baş nazir namizədini qiymətləndirdi

25 İyun 2026 - 11:35
Prezident: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan mühüm iştirakçıya çevrilib

Dövlət başçısı İlham Əliyev Sloveniya Prezidentini təbrik edib

25 İyun 2026 - 11:24
Londonda “ekstremal istilik” tədbiri həddindən artıq istilik səbəbindən ləğv edildi

Londonda “ekstremal istilik” tədbiri həddindən artıq istilik səbəbindən ləğv edildi

25 İyun 2026 - 11:16
Fransada Ebola xəstəsi ilə təmasda olan 5 nəfər karantinə alındı

Fransada Ebola xəstəsi ilə təmasda olan 5 nəfər karantinə alındı

25 İyun 2026 - 11:09
İyulda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ

İyulda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ

25 İyun 2026 - 11:00
İlon Maskın “trilyoner” titulunun ömrü qısa oldu

İlon Maskın “trilyoner” titulunun ömrü qısa oldu

25 İyun 2026 - 10:54
ABŞ-da meşə yanğını! 24 min hektar ərazi yanıb

ABŞ-da meşə yanğını! 24 min hektar ərazi yanıb

25 İyun 2026 - 10:41
İran Hörmüz Boğazı ilə bağlı bəyanat verdi

İran Hörmüz Boğazı ilə bağlı bəyanat verdi

25 İyun 2026 - 10:32
OpenAI ilk xüsusi süni intellekt çipini elan edir: ChatGPT artıq daha səmərəli işləyəcək

OpenAI ilk xüsusi süni intellekt çipini elan edir: ChatGPT artıq daha səmərəli işləyəcək

25 İyun 2026 - 10:27
Rutte: İran heç bir halda nüvə silahı potensialına malik olmamalıdır

Rutte: İran heç bir halda nüvə silahı potensialına malik olmamalıdır

25 İyun 2026 - 10:15
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı

Xarici dövlətlərin fiziki və hüquqi şəxslərinin Azərbaycanın su bioresurslarından istifadə qaydası müəyyən ediləcək

25 İyun 2026 - 10:04
Mərdəkanda üç gün əvvəl dənizdə batan dördüncü gəncin də meyiti tapılıb

Mərdəkanda üç gün əvvəl dənizdə batan dördüncü gəncin də meyiti tapılıb

25 İyun 2026 - 09:56
Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti 76 dollara ticarət olunur

25 İyun 2026 - 09:44
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.