"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT MANŞET

“Muxtar Respublikanın təmsilçiliyi Baş nazirdə olmalıdır”

21 İyun 2025 - 13:19
in SİYASƏT MANŞET

Qüdrət Həsənquliyev

FacebookVatsap

Qüdrət Həsənquliyev: “Naxçıvanda Muxtar Respublikanın saxlanılmasına ehtiyac olub-olmaması ilə bağlı ictimai müzakirələr açılmalıdır”

Bunu da oxuyun

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

 

 “Azərbaycandan ayrı düşəndən Naxçıvanda həmişə həyat səviyyəsi Azərbaycanın digər bölgələri ilə müqayisədə aşağı olub. Bunun bir səbəbi orada əkin sahələrinin az olması və torpağın çox da münbit olmaması idisə, ikinci səbəbi məmurların çoxluğu idi. Ona görə Naxçıvana nazirlər, məmurlar ölkəsi deyirdilər. Və məmur təbəqəsi, bürokratiya orada inkişafında qarşısında ən böyük maneələrdən biri idi”.

Elchi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanunu layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Millət vəkili “mən vaxtilə universitetə daxil olanda Bakıya gəldim və Azərbaycanın başqa rayonlarına gedəndə gördüm ki, orada “kubik”dən evlər tikilib. Amma Naxçıvanda binanın küncünə kimsə düz olsun deyə bir-iki “kubik” qoyurdusa, onu müxtəlif dövlət orqanları 2 ay sorğu-suala çəkirdi ki, bu kubik səndə haradandır?”,- deyə bildirib:

“Sonradan da orada istehsal emal müəssisələri açmaq çətin olanda, Qarabağ işğal altında idi. Məsələn, bir Şərur rayonu 3 yerə bölündü, bir rayonun yerində 3 yeni rayon yaradıldı. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı artırıldı. İndi də biz burada yeni bir icra orqanı strukturu yaradırıq, səlahiyyətli nümayəndəlik. Baxmayaraq ki, Azərbaycanın qüvvədə olan Konstitusiyasının 135-ci maddəsinə görə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasında icra hakimiyyətini Nazirlər Kabineti həyata keçirir və Baş nazir də Prezidentin təqdimatı ilə təyin olunur. Bu səlahiyyətli nümayəndə də Prezidentin xüsusi tapşırıqlarını yerinə yetirən ayrı bir icra orqanıdır. Yəni hər ikisi icra orqanıdır. Bundan başqa hörmətli Əli müəllim qeyd elədi, amma yenə Ali Məclisin sədri üçün icra orqanı funksiyaları saxlanılır. Yəqin layihə ilə tanış olanda görərsiniz ki, Muxtar Respublikanı məclisin sədri təmsil edir, sonra yerli icra hakimiyyəti başçılarının təyin olunması ilə bağlı təqdimatı o verir və s. Əslində Azərbaycanın özündə də, yəni bir bölgəni, o cümlədən Azərbaycanı da təmsil edən icra hakimiyyətinin başçısıdır. Ona görə də Muxtar Respublikanın təmsilçiliyi Baş nazirdə olmalıdır.

Amma mən ümumən nəyi təklif edirəm, əlbəttə, burada çox müsbət dəyişikliklər də var. Xüsusilə də Konstitusiyanın 1-2-ci maddəsindən Moskva və Qars beynəlxalq müqavilələri sözünün çıxarılması çox müsbət haldır. Amma geniş ictimaiyyət düşünürəm, müzakirələrə başlasın və müzakirələr açılsın ki, ümumiyyətlə, Naxçıvanda Muxtar Respublikanın saxlanılmasına ehtiyac var, yoxsa yox? Naxçıvan balaca bir yerdir və əvvəllər haradasa başa düşmək olardı, amma indi, həm İran üzərindən qısa yol çəkilir, həm də inşallah yəqin ki, Zəngəzur dəhlizi də tezliklə açılar. Konstitusiyaya görə də Azərbaycan unitar bir dövlətdir. Bu baxımdan orada muxtariyyətin ləğvi məsələsi barədə düşünmək lazımdır.
Əksinə, Naxçıvanda bu gün iş yerləri problemi yeni məmurlar üçün iş yerlərinin açılması ilə həll olunmamalıdır. Məsələn, Naxçıvanın kəndlərində su çatışmır, əkin sahələri azdır, insanların evində qaz var, amma qazın pulunu verməyə pulları yoxdur, onlar kənd yerlərində evlərində odun yandırırlar”.

 

“Naxçıvanda istehsal, emal müəssisələri açılmalıdır”

 

Millət vəkili diqqətə çatdırıb ki, ona görə də Naxçıvanda istehsal, emal müəssisələri açılmalıdır, xidmət sahələri yaradılmalıdır və diqqət daha çox bu istiqamətə yönəldilməlidir: “Orada da maksimum çalışmaq lazımdır ki, ümumiyyətlə, Azərbaycanın özündə də dövlətin idarəetmə xərcləri azaldılsın, bürokratik aparat maksimum dərəcədə kiçildilsin. Ona görə də mən hesab edirəm ki, bu dəyişiklikləri də Azərbaycanın Konsititusiyasında dəyişikliklər etdikdən sonra etmək olar. Amma bu gün nə qədər ki, Azərbaycan Respublikasının Konsititusiyası qüvvədədir və Konsititusiyada da deyilir ki, Naxçıvanın ali vəzifəli şəxsi dediyim kimi Naxçıvan Ali Məclisinin sədridir və s. yəni bu Konsititusiyamızda bu qala-qala burada biz Naxçıvan Konsititusiyasında başqa bir qanun qəbul edirik. Sadalamadığım başqa məsələlər də var, vaxt almaq istəmirəm, amma ümumən, belə düşünürəm ki, yəni biz Azərbaycanın Konsititusiyasında dəyişiklik edəndən sonra bu dəyişikliyi etsək daha məqsədəuyğun olar”.

 

“Məsuliyyətli olmaq lazımdır”

 

Millət vəkili eyni zamanda qanun layihəsi ilə bağlı onun fikirlərinə etiraz edən Milli Məclis sədrinin müavini Ziyafət Əsgərova da cavab verib: “Təbii ki, deputat danışanda məsuliyyəli olmalıdır, mən bunu qəbul edirəm. Zamanında mən bu Parlamentə çıxış edib deyəndə ki, Naxçıvanda Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlərin bölgüsü prinsipi öz həllini tapmayıb, Ziyafət müəllim çox uğurla burada onun əksini sübut etməyə çalışırdı. Stenoqramlar var, Ziyafət müəllim o çıxışları xatırlaya bilər. Ona görə də zamanla mənim burada çox qaldırdığım məsələlər sonrada öz əksini tapıb. Ümid edirəm ki, Naxçıvanın muxtariyyəti ilə də bağlı məsələ də nə vaxtsa öz həllini tapar. İkincisi təklif vermək, təşəbbüslə hansısa çıxış etmək nə vaxtdan qəbahət hesab olunub? Mən dedim ki, ictimai müzakirələr açılsın. Xalqımız qəbul edəcək edəcək, etməyəcəksə də etməyəcək. Buna görə də doğrudan da məsuliyyətli olmaq lazımdır”.

 

Previous Post

Sabahın havası: leysan olacaq, dolu düşəcək

Next Post

Quba rayonuna prokuror təyin edildi

Bənzər yazılar

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

25 Fevral 2026 - 20:23

Monteneqronun Energetika və Mədənçilik Nazirliyinin dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək. Elchi.az -ın məlumata görə, səfər mart ayında baş...

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

12 Fevral 2026 - 16:38

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki, Sərəncama əsasən, vergi sisteminin...

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

11 Fevral 2026 - 17:32

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə...

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

05 Fevral 2026 - 20:19

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb. Elchi.az xəbər verir...

Next Post

Quba rayonuna prokuror təyin edildi

“Bu, prokurorluğa yeni qəbul olunanlara şamil olunsun”-Qüdrət Həsənquliyev

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Göyərtəsində İsrail Prezidentinin olduğu helikopter təcili eniş edib

Göyərtəsində İsrail Prezidentinin olduğu helikopter təcili eniş edib

25 İyun 2026 - 22:50
Müəllimlərin sertifikatlaşdırılmasının test imtahanı mərhələsi başa çatıb

Müəllimlərin sertifikatlaşdırılmasının test imtahanı mərhələsi başa çatıb

25 İyun 2026 - 22:21
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub

Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub

25 İyun 2026 - 22:19
İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub

İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub

25 İyun 2026 - 20:49
Fransa istilərə görə iki nüvə reaktorunun işini dayandırıb

Fransa istilərə görə iki nüvə reaktorunun işini dayandırıb

25 İyun 2026 - 20:48
Sahibə Qafarova Qətər Dövləti Şura Məclisinin sədri ilə görüşüb

Sahibə Qafarova Qətər Dövləti Şura Məclisinin sədri ilə görüşüb

25 İyun 2026 - 20:46
Muxtar Babayev BMT-nin Baş katibi ilə görüşüb

Muxtar Babayev BMT-nin Baş katibi ilə görüşüb

25 İyun 2026 - 20:44
Afrika Qrupu parlament sədrləri Bakıda müzakirə edilən məsələləri yüksək qiymətləndiriblər

Afrika Qrupu parlament sədrləri Bakıda müzakirə edilən məsələləri yüksək qiymətləndiriblər

25 İyun 2026 - 20:43
Livan Səhiyyə Nazirliyi: Eskalasiya başlayandan bəri ölənlərin sayı 4 230 nəfərə çatıb

Livan Səhiyyə Nazirliyi: Eskalasiya başlayandan bəri ölənlərin sayı 4 230 nəfərə çatıb

25 İyun 2026 - 20:41
Azərbaycanın sosial təminat təcrübəsi BMT tərəfindən Dövlət Xidmətləri Mükafatına layiq görüldü

Azərbaycanın sosial təminat təcrübəsi BMT tərəfindən Dövlət Xidmətləri Mükafatına layiq görüldü

25 İyun 2026 - 19:26
Hikmət Hacıyev Baş katibin xüsusi nümayəndəsi ilə Azərbaycan–NATO tərəfdaşlığını müzakirə edib

Hikmət Hacıyev Baş katibin xüsusi nümayəndəsi ilə Azərbaycan–NATO tərəfdaşlığını müzakirə edib

25 İyun 2026 - 19:18
ABŞ Venesuelaya hərbi təyyarələrlə humanitar yardım və xilasedicilər göndərir

ABŞ Venesuelaya hərbi təyyarələrlə humanitar yardım və xilasedicilər göndərir

25 İyun 2026 - 19:09
Venesuela XİN rəhbəri zəlzələ ilə bağlı həmrəyliyə görə Azərbaycana təşəkkür edib

Venesuela XİN rəhbəri zəlzələ ilə bağlı həmrəyliyə görə Azərbaycana təşəkkür edib

25 İyun 2026 - 18:57
Azərbaycan və Qazaxıstan elektron icazə sisteminə tam keçid barədə razılıq əldə edib

Azərbaycan və Qazaxıstan elektron icazə sisteminə tam keçid barədə razılıq əldə edib

25 İyun 2026 - 18:46
Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək

25 İyun 2026 - 18:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.