Böyük Britaniya İranın İsrailə raket hücumlarından sonra ehtiyat tədbiri olaraq Tel-Əviv səfirliyi və Qüds konsulluğunda çalışan işçilərin ailələrini ölkədən çıxardığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi İsrailin İrana raket və pilotsuz təyyarələrlə hücumlarına İranın cavab verməsi səbəbindən İsrail və işğal olunmuş Fələstin əraziləri üçün səyahət xəbərdarlığını yeniləyib. Nazirlik, “Tel-Əviv səfirliyi və Qüds Konsulluğunda çalışan işçilərin ailələrinin təhlükəsizlik tədbiri olaraq ölkəni müvəqqəti tərk etdiklərini açıqlayıb. Səfirlik və konsulluq əsas fəaliyyətlərini davam etdirir”.
Açıqlamada İsrail və işğal olunmuş Fələstin ərazilərindəki Britaniya vətəndaşlarından Britaniya nümayəndəliklərini bölgədəki mövcudluğu barədə məlumatlandırmaları istənilib. Həmçinin İsrailin hava məkanının bağlandığı və Tel-Əvivin Ben Qurion Beynəlxalq Hava Limanından uçuşların həyata keçirilə bilməyəcəyi bildirilib. Açıqlamada ölkəni quru yolu ilə tərk etməyin mümkün olduğu bildirilib, İordaniya və Misir sərhədlərində quru keçid məntəqələrinin açılış və bağlanma vaxtları göstərilib.
“İordaniya və Misirlə quru sərhəd keçidləri hazırda açıqdır, lakin xəbərdarlıq edilmədən bağlana və ya saatlar dəyişə bilər. Səyahət etməzdən əvvəl keçməyi planlaşdırdığınız qonşu ölkələrin tövsiyələrini yoxlayın”, – elanda deyilir.
Şayəstə Hüseynova
















