ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırda dünyanın astanasında olduğu üçüncü dünya müharibəsinin qarşısını alacağına söz verib.
Elchi.az bu barədə RİA.ru-ya istinadən xəbər verir.
“Mən üçüncü dünya müharibəsinin qarşısını alacağam. Biz bu müharibəyə çox yaxınıq və o, indiyədək olan heç bir savaşa bənzəməyəcək”, – deyə Tramp bildirib.
Tramp, həmçinin qeyd edib ki, o, sülhü Ağ Evə, Oval kabinetə gələndən əvvəl bərpa edə, o cümlədən Rusiya və Ukrayna arasındakı münaqişəni həll edə bilər.
Qeyd edək ki, Tramp daha əvvəl yenidən seçilərsə, Ukraynadakı münaqişəni 24 saat ərzində həll etmək niyyətində olduğunu demişdi.
Yeganə