Fasilə zamanı A komandasına yüksələn və komandanın əvəzolunmaz üzvlərindən birinə çevrilən 17 yaşlı müdafiəçi Pau Cubarsi ilə “Barselona” 3 illik yeni müqavilə imzalayıb. Gənc oyunçunun sərbəst qalma məbləği 500 milyon avro müəyyən edilib.
Elchi.az xəbər verir ki, Barselona, infrastrukturunda təlim keçən Pau Cubarsi ilə 3 illik yeni müqavilə imzalandığını açıqlayıb.
Kataloniya komandasının verdiyi açıqlamada Kubarsinin sərbəst qalma məbləğinin 500 milyon avro olduğu bildirilib.
Gənclik infrastrukturundan məşq etdiyi Barselonada fasilə ilə transfer dövründə A komandasına yüksələn Cubarsi bu mövsüm 15 La Liqa, 3 Çempionlar Liqası və 2 King’s daxil olmaqla cəmi 20 matçda iştirak edib.
Alman futbol platforması Transfermartk 17 yaşlı gənc müdafiəçinin bazar dəyərini 25 milyon avro olaraq qiymətləndirir.
Nuranə Məmmədova