Lukaşenko apokalipsis təhlükəsi səbəbindən üçüncü dünya müharibəsinin qarşısını almağa çağırıb.
Elchi.az xəbər verir ki, bu barədə “BELTA” yazır.
Agentliyin məlumatına görə, Belarus lideri Qələbə abidəsi önünə əklil və gül dəstələri qoyulması mərasimində xarici gündəmlə bağlı bir sıra bəyanatlar verib.
“Üçüncü Dünya Müharibəsinin qarşısını almaq üçün hər şeyi etməliyik. Əks halda, nüvə apokalipsisi qaçılmazdır. Bunun üçün hamımıza birləşmək lazımdır”, – Lukaşenko vurğulayıb.
Nuranə Məmmədova