Almaniyanın “Tagesschau” nəşri Almaniya kansleri Olaf Şoltsun Ukraynada Avropa İttifaqının (Aİ) istədiyindən daha uzun münaqişəyə hazır olmağa çağırdığı bəyanatına istinad edir.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Şoltsun sözlərinə görə, hər kəsə aydındır ki, biz bu münaqişənin istədiyimizdən daha uzun sürəcəyinə hazır olmalıyıq.
Həmçinin, qəzet xəbər verir ki, Olaf Şolts Aİ ölkələrini Ukraynaya daha çox Patriot hava hücumundan müdafiə sistemləri verməyə çağırıb.
Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin hələ də kifayət qədər hava hücumundan müdafiəsinə malik olmadığını bəyan edib və Qərb tərəfdaşlarından onu gücləndirməyi xahiş edib.
Yeganə