NATO-nun Avropadakı keçmiş komandanı Ceyms Stavridisin Bloomberg.com-da dərc olunduğu məqaləsində blokun qüvvələrinin Qərblə Rusiya arasında qarşıdurma baş verəcəyi təqdirdə zərərsizləşdirməyə çalışacağı Rusiya şəhərinin adı çəkilib.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.
Stavridis qeyd edib ki, Rusiyanın Baltik dənizi donanmasının böyük hissəsi Baltiysk şəhərində yerləşir. Bundan əlavə, Stavridis qeyd edib ki, Kalininqradda Rusiyanın əhəmiyyətli hərbi hava qüvvələri, raket qüvvələri var və orada taktiki nüvə silahları da ola bilər.
“Müharibə baş verərsə, Kalininqrad zərərsizləşdirilməlidir”,-deyə Alyansın keçmiş baş komandanı bildirib.
Stavridis izah edib ki, NATO Kalininqradı neytrallaşdırmağa çalışacaq ki, Rusiya Litva və Polşa sərhədində yerləşən Suvalki dəhlizinə nəzarət edə bilməyəcək. Onun sözlərinə görə, bu, Baltikyanı ölkələri Avropa İttifaqının (Aİ) qalan dövlətləri ilə birləşdirən strateji dəhlizdir.
Yeganə