Hindistanda Eris adlı yeni “EG.5.1” koronavirus ştammı aşkar edilib. Elchi.az xəbər verir ki, bu barədə “The Economic Times” mənbələrə istinadən məlumat yayıb.
Eyni zamanda qeyd edilir ki, hazırda xəstəliyin yalnız təcrid olunmuş halları qeydə alınır. Əvvəllər omikron ştammının eyni variasiyası Böyük Britaniyada aşkar edilmişdi.
May ayında epidemioloq, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Pyotr Çumakov bildirib ki, koronavirusun yeni, daha güclü ştamının meydana çıxması ilə infeksiyanın mənşəyi haqqında nəticə çıxarmaq mümkün olacaq. eyni zamanda, o, əmin edib ki, koronavirusun son ştammları artıq aşağı patogenliyə malikdir və ciddi təhlükə yaratmır.
Qeyd edək ki, mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus COVID-19 virusunun yayılmasının yaratdığı qlobal səhiyyə fövqəladə vəziyyətinin başa çatdığını elan edib.
Havar Şəfiyeva